Rus və türk əsgərlər son 24 saatda Suriyada 18 dəfə atəşkəs pozuntusu qeydə alıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rus hərbçilərin 5 dəfə Latakiyada və 1 dəfə isə Həma şəhərində olmaqla toplam 6 dəfə atəşkəsin pozulması halını qeydə aldıqları bildirilib. Türk əsgərlərin isə Dəməşqlə Hələbin hər birində 4, Həmada 3 və İdlibdə isə 1 dəfə olmaqla toplam 12 atəşkəs pozuntusu ilə qarşılaşdıqları vurğulanıb. Bundan əlavə, daha bir məhəllənin atəşkəsə qoşulduğu qeyd edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?