Banqladeşin paytaxtı Dakka'da iki həftə əvvəl çökən iş mərkəzində həyatını itirənlərin sayı 900 nəfərə çatdı. Foto müxbiri Taslima Akhter'in çəkdiyi bir fotoşəkil, yüzlərlə işçiyə məzar olan binada yaşanan qorxunc gerçəyi bir dəfə daha gözlər önünə gətirdi “Gündəm Xəbər” İnformasiya Portalı xəbər verir ki,Banqladeşli foto müxbiri Taslima Akhter bu fotoşəkilin əhvalatını Amerikan Time jurnalına bu sözlərlə köçürür: "Bina çökəndən sonra bütün günümü qurtarma işlərini izləyərək keçirdim. Yaralı tekstil işçilərinin dağıntı altından çıkarılışlarını kadr-kadr çəkdim. Çöldə gözləyən qohumların qorxu dolu gözlərini hələ xatırlayıram. Fiziki və ruhi olaraq əldən düşmüş haldaydım. Gecə 02.00 ətrafında dağıntının arasında bir-birinə möhkəm möhkəmə sarılmış bir cüt gördüm. gövdələrinə aşağısı beton dağıntının altında qalmışdı. Kişinin gözündəki tək qan damlası bir 'gözyaşı' kimi dayanırdı. Bu cütlükləri gördüyümdə gözlərimə inana bilmədim. Sanki onları bir yerlərdən tanıyırdım-özümə çox yaxın hiss . Həyat mübarizələrinin son anlarında bir-birləri üçün mübarizə etmiş, biri digərini qurtarmağa çalışarkən, son nəfəslərini vermişdilər. "
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?