GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İsrail və İran:Birində baş nazir, o birində prezident hədəfdədir – Təhlil

İsrail və İran:Birində baş nazir, o birində prezident hədəfdədir – Təhlil

Tarix: 30-01-2017, 22:01 Bölmə :Dünya Baxış: 542
İsrail və İran:Birində baş nazir, o birində prezident hədəfdədir – Təhlil

İsrail və İran – bir-birinə qənim kəsilmiş iki ölkə hazırda qarşılıqlı siyasi ittihamlarla deyil, daha çox korrupsiya qalmaqalları ilə gündəmdədir. İstər Benyamin Netanyahu hökuməti, istərsə də Həsən Ruhani administrasiyası günbəgün kəskinləşən suçlamaları dəf etməli olur.

Baş nazir bütün ailəsi ilə diqqət mərkəzindədir. Bahalı siqarlar, daş-qaş, Meray Kerrinin konsertinə bilet, müftə otel otağı… İstintaqda ifadə verən xanım Sara və gənc oğlu Yair Netanyahu ayrı-ayrılıqda müstəntiqlər qarşısında çətin və tərs suallara cavab verməli olurlar.

Avstraliyalı milyarder Arnon Milçanın bəxşişlərindən imtina etməməkdə şübhəli bilinənlər sırasında bəzi İsrail KİV-lərinin də adı çəkilir.

Donald Trampla telefon söhbəti və gələn ay baş tutmalı olan ABŞ-a səfər ərəfəsində Netanyahu hökuməti küncə sıxılmış durumdadır. Xarici siyasətdə uğurlar belə, israillilərin gözünə pərdə çəkməyə kifayət etmir. Onlar Tel-Əviv küçələrinə axışaraq korrupsiya əleyhinə şüarlar səsləndirirlər

İsrail və İran:Birində baş nazir, o birində prezident hədəfdədir – Təhlil

2017-ci ilin parlament seçkilərini iki il geri çəkə bilmiş (17 mart 2015-ci il) “Likud” Partiyası üzərində dolaşıb-sürünən korrupsiya kölgəsindən qurtula bilməzsə, yeni növbədənkənar seçkilər labüddür.

İranda da oxşar ovqat var: Həsən Ruhaninin üzünə korrupsiya ittihamları çırpılır. İndi həm də qardaşı Hüseyn Firuduna görə.

Həsən Ruhani kimi, Simnanda doğulmuş 53 yaşlı H.Firudun bir müddət Nişapur və Kərəcin valisi, sonralar Malayziyada səfir olub. Daha sonralar İran prezidentinin xüsusi köməkçisi kimi Lozanna və Vyanada ölkəsinin nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edib. “5+1” sazişinin hazırlanması prosesində H.Firudun xarici işlər naziri Məhəmməd Cavad Zəriflə tez-tez yan-yanaşı durub. Amma budur, H.Firudunun böyük gələcək vəd edən siyasi portretinə artıq ilk palçıq atılıb və bu palçığın bir hissəsi böyük qardaşın nüfuzuna çilənib.

Düzü, İranda korrupsiya qalmaqalının təməli hələ ötən il qoyulub – Ayətullah Xamneinin bir çıxışı ilə. Ölkənin beynəlxalq sanksiyalardan əziyyət çəkdiyi dövrdə hökumətdəki bəzi nazirlərin yetərindən artıq yüksək məvacib almasına dair xəbərdarlıq dərhal eşidildi. “Vahid xütbə”dəki bu tezis indi də cümə namazlarında tez-tez səslənir.

Həsən Ruhani hökuməti korrupsiya ittihamlarına sipər çəkməyə çalışır. Həm sağdan, həm də soldan zərbələr alan prezidentin müdafiə dəlilləri elə də güclü deyil. Onun rəqibləri arasında İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsini xüsusi qeyd etməyə dəyər. Mühafizəkar qanada yaxın “Xalq Cəbhəsi”nin rəhbəri Məhəmməd Həsən Rəhimian prezidentin iqtisadi siyasətinin əsas tənqidçilərindən biridir.

İsrail və İran:Birində baş nazir, o birində prezident hədəfdədir – Təhlil

“İcraedici hakimiyyətimiz həmişə cəmiyyətin müşküllərini həll etməyə qabil olub. Amma bəzi məmurlar cah-cəlallı həyata və sərvət yığmağa meyillənib”, – deyən M.Rəhimianın sözlərini təkrarlamağa hazır olan adamlar hazırda İranda çoxluqdadır. O cümlədən qanunverici hakimiyyətdə və hakimiyyətin üçüncü qolunda – məhkəmə hakimiyyətində.

Ali Məhkəmə sədri Ayətullah Sadiq Laricani də Rəhimianın səsləndirdiyi ittihamları artıq təkrarlayıb və hökumət üzvlərini öz məvaciblərini açıqlamağa səsləyib. H.Ruhani “Twitter” hesabı ilə buna hazır olduğunu bəyan edib. Bircə şərtlə – məhkəmə hakimiyyəti üzvləri də öz məvaciblərinə şəffaflıq versin.

İndiyədək Laricaninin əlində yalnız bir "tutarlı" dəlil var idi: təxminən, 3 milyard dollara qədər vəsaiti mənimsəməkdə təqsirli bilinən və edam cəzasına məhkum edilən Babək Zəncani 2013-cü ildəki son prezident seçkilərində H.Ruhaniyə maliyyə yardımı etməsini bildirmişdi. Bu bəyanat əsasında ittihama hələ şübhə ilə yanaşmaq olardı. Çünki müttəhim məhkəmədə özünümüdafiə üçün hər şey deyə bilər. Bu, boğulan adamın saman çöpündən yapışması kimi bir şeydir.

Hüseyn Firudunla bağlı ittihamlar isə əksinə, sənədli əsasa söykənir. Ödənilməmiş bank kreditləri, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan şübhəli pul köçürmələri, Tehranın şimal hissəsindəki elit məhəllədə evlər… Həm də maliyyə fırıldağında təkcə prezidentin qardaşı və ailə üzvlərinin adı hallanmır. Taha Haşimi – vitse-prezident Məsumə Ebtekarın oğlu barədə məhkəmə həbs orderi verib və o axtarışdadır (H.Firudunun yaxını Şəbdüst Malmiri də). Üstəlik İran mediası M.Ebtekarı oğlunun qaçışına kömək etməkdə ittiham edir.

Maliyyə fırıldaqları ilə bağlı təfərrüatlar çoxaldıqca, Həsən Ruhaninin bu qalmaqaldan təmiz nüfuzla çıxacağı ehtimalı azalır. Elə də uzaq olmayan gələcəkdə, 2017-ci il mayın 19-da prezident seçkiləri keçiriləcək. Seçki öncəsi isə H.Ruhaninin ikinci dönəm üçün namizədliyinə sədlər artır.

Əziz Rzazadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsrail Avropaya meydan oxudu

    İsrail Avropaya meydan oxudu ...

    2-02-2014, 21:55

  • 
  • İsrail fələstinlilərə azadlıq verir

    İsrail fələstinlilərə azadlıq verir ...

    29-07-2013, 01:29

  • 
  • Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”

    Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri ...

    14-12-2016, 23:15

  • 
  • Netanyahu İstanbulda törədilmiş terror aktını pisləyib

    Netanyahu İstanbulda törədilmiş terror aktını ...

    12-12-2016, 20:36

  • 
  • Prezident İlham Əliyev: "Yəhudi icması Azərbaycanın inkişafına çox böyük töhfələr verir"

    Prezident İlham Əliyev: "Yəhudi icması ...

    13-12-2016, 20:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu