Rusiyanın Surqut şəhərində azərbaycanlı güllələnib. “runews24.ru” saytının verdiyi məlumata görə, bu gün günorta saatlarında “Rus” kafesində iki qrup arasında kütləvi dava baş verib. Daha sonra dava iştirakçılarından biri qarşı tərəfdə olan azərbaycanlının başına atəş açıb. Həmin şəxs yerində ölüb. Hadisəni törədən şəxs isə qaçıb.
Hadisənin təfərrüatı araşdırılır. Cinayətdə şübhəli bilinən şəxsin axtarışı davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?