Suriyadakı döyüş səbəbi ilə Türkiyəyə sığınan ailənin 7 yaşlı övladında erkən yaşlanma xəstəliyi aşkarlanıb.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, ölümcül və genetik bir xəstəlik olan erkən yaşlanma kiçik Məhəmmədin həyatını alt-üst edib. Məhəmmədin xəstəliklərinin ilk əlaməti 7 aylığında büruzə verməyə başlayıb və həkimlər böyüdükcə xəstəliklərin əlamətinin daha da şiddətlənəcəyini bildiriblər.
Məhəmmədin tək üzü deyil, eyni zamanda ürəyi də qocaldığından oyun oynamaqda çətinlik çəkərək tənginəfəs olur. Məhəmməd özünü güzgüdə gördükdə, əsəbiləşərək ağladığından valideyinləri evdəki güzgüləri yığışdırıblar.
"Digər uşaqlar kimi yaraşıqlı olmaq istərdim və öyrənə bilmək üçün məktəbə getmək istəyirəm" deyən kiçik Məhəmməd bunları söyləyib:
Küçəyə hər çıxdığımda insanlar mənə qəribə baxır. Mənə hər baxdıqlarında gülürlər, mən isə evə dönüb ağlıyıram. Müalicəsi üçün Almaniyaya getmək istəyən Məhəmmədin arzusu böyüyəndə həkim olmaqdır.
Qeyd edək ki, erkən yaşlanma xəstəliyi dünyada hər 20 milyon insandan birində aşkar olunur və əksəriyyəti ürəyi vaxtından əvvəl qocaldığından 14 yaşında vəfat edir.
Sorğu
Yeni dizaynımız necədir?