GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hamilə qadın onu öldürmək istəyən ərini bağışladı

Hamilə qadın onu öldürmək istəyən ərini bağışladı

Tarix: 25-01-2016, 20:03 Bölmə :Ölkə Baxış: 0
Hamilə qadın onu öldürmək istəyən ərini bağışladı

Hakimlər cinayəti törədən şəxsi bağışlamadı və ona 14 il cəza verildi

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Məhəmməd Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Məhəmməd Əliyev 16 aprel, 2015-ci ildə qeyri-rəsmi həyat yoldaşı Ayşən Gülüşova ilə barışmaq üçün baldızının yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Tağıyev küçəsindəki mənzilinə gedib.

Ər-arvad arasında yaranan münaqişə qansız ötüşməyib. A.Gülüşova onunla barışmayacağını bildirdikdə Məhəmməd bıçağa əl atıb. O, cibindən çıxardığı bıçaqla hamilə arvadının baş-boyun nahiyəsinə ardıcıl zərbələr endirib.

Hadisə Ayşən Gülüşovanın 8 yaşlı bacısı oğlunun gözləri önündə baş verib. Vurduğu zərbələrin təsirindən arvadının öldüyünü zənn edən Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar. Həkimlərin səyi nəticəsində Ayşən Gülüşovanın həyatını xilas etmək mümkün olub.

Məhəmməd Əliyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məhəmməd Əliyev apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.

Məhəmməd Əliyevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

əqsirləndirilən şəxs qismində dindirilən Məhəmməd Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Ayşəni öldürmək niyyətində olmadığını göstərib: “Ayşənlə küsülü idik. Evdən küsüb getmişdi, bacısının evində qalırdı. Barışmaq istəyirdim. Həmin gün də baldızımgilin evinə məhz bu məqsədlə gəlmişdim. Onu qorxutmaq istəmişəm, öldürmək yox.”

Zərərçəkmiş şəxs qismində dindirilən Ayşən Gülüşova həyat yoldaşından şikayətçi olmadığını deyib: “2014-cü ilin oktyabr ayında toyumuz olub, rəsmi nikahımız yoxdur. Üç ay olardı ki, ayrılmışdıq. Məhəmməd arabir gəlir, barışmaq istədiyini deyirdi, mən razı olmurdum. Çünki işləmirdi, qısqanc idi, mənə göz verib işıq vermirdi. Hadisə baş verən gün bacımın oğlu da yanımda idi. Məhəmməd yenə barışmaq üçün gəlmişdi. Ona “çıx get burdan, onsuz da barışmayacağam” dedim. Bu vaxt cibindən bıçaq çıxartdı, üzümə, boynuma bıçaq atdı. Qanı görüb özünü itirdi. Məhəmmədin məni öldürmək niyyəti olmayıb, qorxutmaq istəyib”.

Ayşən Gülüşova istintaqa verdiyi ifadəsində Məhəmmədin onu öldürmək istədiyini, başını kəsməsinə imkan vermədiyini, özünü ölülüyə vurduğuna görə sonuncunun onu ölmüş bilib uzaqlaşdığını göstərib: “Həmin vaxt həyəcanlı olmuşam, Məhəmmədə qarşı qəzəbli və əsəbi idim. Ona görə elə ifadə vermişəm. O, mənim övladımın atasıdır. İstintaqa verdiyim ifadəni təsdiq etmirəm”.

Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məhəmməd Əliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hamilə arvadını bıçaqlayanın şikayətinə baxıldı

    Hamilə arvadını bıçaqlayanın şikayətinə baxıldı ...

    22-01-2016, 13:12

  • 
  • Arvadının başını kəsən ər tutuldu

    Arvadının başını kəsən ər tutuldu ...

    29-07-2017, 17:48

  • 
  • Liftdə arvadını öldürmək istəyən yüngül cəza istəyir

    Liftdə arvadını öldürmək istəyən yüngül cəza ...

    20-10-2015, 11:09

  • 
  • Gecə yarısı qan tökən 22 yaşlı oğlana cəza verildi

    Gecə yarısı qan tökən 22 yaşlı oğlana cəza verildi ...

    16-12-2015, 02:37

  • 
  • Arvadının boğaraq öldürdü

    Arvadının boğaraq öldürdü ...

    21-12-2016, 15:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu