Türkiyə parlamentinin üzvü, Xalqların Demokratik Partiyasının deputatı Dilək Öcalan saxlanılıb. Şanlıurfadan deputat seçilmiş D.Öcalan İstanbulda saxlanılıb. Qeyd edək ki, Dilək Öcalan PKK terror təşkilatının həbsdə olan başçısı Abdullah Öcalanın bacısı Fatma Öcalanın qızıdır. Dilek Öcalan yanvarın axırlarında Moskvada rəsmi səfərdə olub. Orada o, Rusiya siyasətçiləri və kürd siyasi fəalları ilə görüşüb. Onu da qeyd edək ki, Türkiyə hakimiyyəti onu terrorizmin təbliğində günahlandırır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?