Rusiyada aztəminatlı ailələr üçün yardım proqramı hazırlanır. Sənaye və ticarət və Maliyyə nazirlikləri birlikdə aztəminatlı təbəqə üçün xüsusi ərzaq proqramı üzərində işləyirlər və layihə artıq yükunlaşmaq üzrədir. Layihənin bu il həyata keçiriləcəyi gözlənilir. Proqram çərçivəsində aztəminatlı vətəndaşlara xüsusi kart veriləcək ki, bazarlıq edəndə ora bal və bonuslar yığılacaq. Vətəndaşlar ondan mağazalarda yerli ərzaq, təzə meyvə-tərəvəz, ət, , balıq, süd və digər məhsullar alarkən istifadə edə biləcəklər. Sənaye və ticarət naziri Denis Manturov deyir ki, əgər vətəndaş yığışan bonuslardan müəyyən edilmiş vaxtadək istifadə eləməsə silinəcək. Hakimiyyət ümid edir ki, layihə ehtiyacı olan vətəndaşların daha düzgün və müxtəlif cür qidalanmasına imkan yaradacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?