GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ-la Meksika arasında çəkiləcək divarın ilkin qiyməti: 21,6 milyard dollar

ABŞ-la Meksika arasında çəkiləcək divarın ilkin qiyməti: 21,6 milyard dollar

Tarix: 12-02-2017, 14:16 Bölmə :Dünya Baxış: 507
ABŞ-la Meksika arasında çəkiləcək divarın ilkin qiyməti: 21,6 milyard dollar

Üstəlik, onun dörd illik prezidentlik dövrünün çox hissəsi bu divarın tikintisinə gedəcək
Birləşmiş Ştatların prezidenti Donald Trump-ın öz seçki kampaniyasında söz verdiyi ABŞ-Meksika sərhədində tikiləcək divarın qiyməti hesablanıb. Hesablamanı aparmış Daxili Təhlükəsizlik Departamenti (DTD) bildirir ki, divar, ən azı, 21,6 milyard dollara başa gələcək və 3,5 il ərzində hazır olacaq. Hesablamanın hər iki nəticəsi Trump-ın və Konqresdəki bəzi respublikaçı liderlərin bundan öncə apardığı hesablamalardan qat-qat çoxdur.

ABŞ-la Meksika arasında çəkiləcək divarın ilkin qiyməti: 21,6 milyard dollar

2012 KİLOMETRLİK DİVAR VƏ ÇƏPƏRLƏR

“Gündəm Xəbər” bildirir ki, “Reuters” agentliyinin əldə etdiyi daxili sənədə əsasən, divar üç mərhələdə tikiləcək. Söhbət tikintisi 2020-ci ilə qədər başa çatacaq, təqribən 2012 kilometrlik divar və çəpərlərdən gedir. DTD-nin sözçüsü “Reuters”ə deyib ki, departament, barəsində hələ heç bir qərar verilməmiş sənədləri şərh vermək, yaxud onların potensial mövcudluğunu təsdiqləmək fikrində deyil. Ağ Ev də rəsmən prezidentə təqdim edilməmiş hesabat barədə açıqlama verməyə hələ tez olduğunu deyir.

Bundan öncə prezident Trump divarın 12 milyard dollara başa gələcəyini demişdi. Konqresin Nümayəndələr Palatasının respublikaçı spikeri Paul Ryan və Senatdakı respublikaçı çoxluğun lideri Mitch McConnellsə bu məbləğin 15 milyard dollar olduğunu demişdilər.
Divarı tikməklə bağlı texniki dəyərləndirmələr aparmaq əvvəldən asan olmayıb. Bu iş Trump-ın "Trump Organization" şirkətinin ucaltdığı hər hansı binanı tikməkdən daha çətindir. Layihənin hətta Müdafiə Departamenti nəzdində federal agentlik olan Mühəndislərin Ordu Korpusunun imkanlarını belə aşacağı bildirilir. Bu qurumun layihələri divardan çox, seldən müdafiə sistemlərini və hərbi obyektləri əhatə edir.

ABŞ-la Meksika arasında çəkiləcək divarın ilkin qiyməti: 21,6 milyard dollar

DAHA ÇOX BETON GEDƏCƏK

Bir mühəndis divarla bağlı apardığı hipotetik dəyərləndirmədə belə bir tikilinin üzləşəcəyi çətinlikləri göstərib. Betondan istifadənin son dərəcə çox vaxt aldığını, polad torlarınsa daha çox çəpəri xatırlatdığını deyən anonim mühəndis belə bir irimiqyaslı konstruksiyanın tikintisi üçün yalnız poladla bərkidilmiş betonun yaradığını düşünür. Bu isə ABŞ-Meksika sərhədində çox isti və quru iqlim şəraitində əlavə çətinliklər yarada bilər. İqlim şəraiti digər materialların sementlə kimyəvi reaksiyasına mənfi təsir göstərə bilər. Ümumilikdə, dəyərləndirmələr göstərir ki, "bu divar Hoover Dambasının tikintisinə sərf olunan betondan üç dəfədən çox beton tələb edəcək", – həmin mühəndis deyib. Üstəlik, söhbət təkcə materialın özündən getmir. Betondan əlavə fəhlələr üçün müvəqqəti səyyar şəhərlər salmaq lazım olacaq.

Təbii ki, bu problemlər həll edilə bilər. Mühəndislik nöqteyi-nəzərindən divarın tikintisinin qeyri-mümkünlüyü iddia edilmir.
"Reuters"in məlumatında deyilir ki, divarın ilk hissəsi ən kiçik və ən çox görünən layihələrdən biri olacaq. Bu hissə üç yerdə – Kaliforniyanın San Dieqo şəhəri, Texasın El Paso şəhəri və Rio Qrande vadisində təqribən 42 kilometrlik zolağı əhatələyəcək. Divarın bu ilk hissəsinin 360 milyon dollara başa gələcəyini nəzərə alsaq, bu, onun qalan hissələri ilə müqayisədə çox yaxşı qiymətdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a 15 mlrd. dollara başa gələ bilər

    Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a 15 ...

    26-01-2017, 23:14

  • 
  • Meksika prezidenti ABŞ-a səfər etməkdən imtina edib

    Meksika prezidenti ABŞ-a səfər etməkdən imtina ...

    26-01-2017, 23:26

  • 
  • Trump-a qarşı aksiyalar başlayıb

    Trump-a qarşı aksiyalar başlayıb ...

    16-01-2017, 00:20

  • 
  • ABŞ sərhəd boyunca hasara alınacaq

    ABŞ sərhəd boyunca hasara alınacaq ...

    11-02-2016, 11:47

  • 
  • İŞİD-ə qarşı ÇİN səddi kimi divar hörülür

    İŞİD-ə qarşı ÇİN səddi kimi divar hörülür ...

    15-01-2015, 23:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu