Honq Konqda "Disneylend" parkında şübhəli əşya səbəbi ilə yüzlərlə əməkdaş təxliyə olunub.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, parka aid olan ofislərin birinə naməlum bağlama gətirildikdən sonra işçilər təxliyə olunmağa başlayıblar.
Bağlamanın araşdırılması üçün hadisə yerinə partlayıcı maddə mütəxəssisləri cəlb edilib. Onlar bağlamada təhlükəli maddənin olduğunu təsdiq ediblər.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Təxliyə prosesi əyləncə parkının fəaliyyətinə təsir göstərməyib.
Sorğu
Yeni dizaynımız necədir?