Qabil Hüseynli: “Son proseslər bunu bir daha sübut edir”
“Rusiya dünya düzənini pozmaqla məşğuldur”. Bunu”Gündəmxəbər”ə açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspertin sözlərinə görə, Qərb bu gerçəyin fərqindədir: “Son proseslər bir daha göstərir ki, Rusiya həqiqətən də dünya nizamını pozmağa cəhd edir. Həm Qarabağ, həm Abxaziya və Osetiya, həm də Ukrayna olayları bu həqiqətin göstəricisidir. Artıq Qərb bu həqiqəti aydın şəkildə başa düşür və Rusiyaya qarşı atılan son addımlar da, Kremlin dağıdıcı fəaliyyətinin qarşısını almaq, onu geri çəkilməyə hesablamağa xidmət edir”.
Sorğu
Yeni dizaynımız necədir?