GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Gulen hərəkatı ABŞ deputatlarının Türkiyəyə səfərlərini maliyyələşdirib

Gulen hərəkatı ABŞ deputatlarının Türkiyəyə səfərlərini maliyyələşdirib

Tarix: 20-02-2017, 00:18 Bölmə :Dünya Baxış: 360
Gulen hərəkatı ABŞ deputatlarının Türkiyəyə səfərlərini maliyyələşdirib

Əvəzində onlardan nə gözləyirmiş?

Gülənin Hizmət hərəkatının maliyyə dəstəyi ilə Türkiyəyə səfər etmiş deputatlar sonradan ABŞ vergi ödəyicisinin pulları ilə maliyyələşən 160 çarter məktəbini dəstəkləyiblərmiş. Bunu araşdırma jurnalistikası sahəsində ixtisaslaşmış İctimai Dürüstlük Mərkəzi (Center for Public Integrity) üzə çıxarıb. Söhbət Vaşinqtondan Kaliforniyayadək səpələnmiş 160 məktəbdən gedir. Mərkəz araşdırmasında deputatların illik hesabatlarına istinad edib. ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-i Türkiyə hakimiyyəti 15 iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edərək ABŞ-dan onun ekstradisiyasını istəyir. Gulen isə ittihamları danır.

FAKTLAR

Gulen hərəkatı ABŞ deputatlarının Türkiyəyə səfərlərini maliyyələşdirib

Mərkəzin üzə çıxardığı əsas faktlar bunlardır:
2006 - 2015-ci illər arasında ABŞ-ın 29 ştatından, azı, 151 deputat Gülen hərəkatına bağlı 12 qeyri-hökumət təşkilatının maliyyə dəstəyilə Türkiyəyə səfər edib.
2011-ci ildən bəri 23 ştatda deputatlar Türkiyə və türk əsilli amerikalıların xeyrinə, azı, 54 qətnamə təklif ediblər. Qətnamələrin bəzilərində Gulen və Gulen hərəkatına aid qurumlar təriflənir.
Deputatlar təhsil siyasəti və təhsil büdcəsinə nəzarət edirlər. Bura çarter məktəbləri də daxildir. Gulen hərəkatının dostları 16 ştat və Kolumbiya Dairəsində (paytaxt Vaşinqtonda) dövlət büdcəsindən maliyyələşən təqribən 160 məktəbdən ibarət şəbəkəni idarə edirlər.
Gulen hərəkatının maliyyələşdirdiyi səfərlərə getmiş bəzi ştat deputatları sonradan hərəkata bağlı olan çarter məktəblərini müdafiə ediblər.

Texasda dördü dövlət təhsil komitələrində çalışan, azı, 10 ştatın deputatı həmin maliyyələşdirilmiş səfərlərə gedib. Texas Gulen-ə bağlı çarter məktəblərinin sayına görə liderdir.

SİYASİ ADDIM

Gulen hərəkatı ABŞ deputatlarının Türkiyəyə səfərlərini maliyyələşdirib

Bəs niyə Aydaho və Texas kimi yerlərdən 151 deputat Türkiyə hökumətinin ötən yay baş vermiş çevriliş cəhdində ittiham etdiyi hərəkatın maliyyələşdirdiyi səfərlərə gedir? Axı, xarici siyasət məsələləri ilə çox nadir hallarda məşğul olan ştat qanunvericilərinin xarici səfərlərə getməsi qəribədir.
Dünənə qədər Türkiyədə media qurumlarına və banklara nəzarət edən dini hərəkatın bu gün ABŞ-da belə dəvətlər etməsi özəlliklə təəccüblüdür.
Loyola Universitetindən Joshua Hendrick deyir ki, bu səfərlər amerikalı deputatlarda Gulen hərəkatına rəğbət oyatmaq məqsədi daşıyıb. "Bu, siyasi addımdır, ancaq yerli vətəndaş cəmiyyəti səviyyəsində dialoq kimi tərtib olunub", – o deyir.
Bəlli olub ki, bu səfərləri gerçəkləşdirmiş deputatların bir hissəsi, ümumiyyətlə, xarici səfərlərə az-az gedirmiş. Bir çoxlarınınsa Gulen və Türkiyə siyasəti barədə çox az bilgisi var. Onların təmsil etdikləri ştatların çox az hissəsi Türkiyə ilə hər hansı ticarət əlaqəsi saxlayır.
SÖZ SAHİBLƏRİ

Ancaq ştat qanunvericiləri elə bir qüvvədir ki, onların arasından bir gün Konqresdə və başqa yerlərdə söz sahibi olacaq liderlər çıxır. Məsələn, respublikaçı Thom Tillis 2006-cı ildə Şimali Karolina ştatının parlamentinə seçilib. 2011-ci ildə Gülen hərəkatının təşkil etdiyi Türkiyə səfərinə gedib. İndi isə senatordur və ABŞ Senatında Silahlı Xidmətlər Komitəsinin üzvüdür. Bu komitə isə Türkiyədə dislokasiya olunan ABŞ silahlı qüvvələri ilə bağlı qərarlar verir.

Ştat qanunvericiləri təhsil siyasətini formalaşdırır və çarter məktəblərinin maliyyələşdiyi büdcə pullarına nəzarət edir.
Məktəblər Gulen-lə əlaqələrini dansalar da, ekspertlər, hətta hərəkatın bəzi dostları bu əlaqənin açıq-aydın olduğunu deyirlər. Adətən Gulen-lə əlaqəsi olan konkret şəxslər tərəfindən yaradılan bu məktəblər tez-tez Türkiyədən müəllimlər dəvət edir, onların vizasını təmin edir, daha sonra onların bir məktəbdən digərinə keçməsinə şərait yaradır. Bu məktəblərin bir çoxu hərəkata bağlı qeyri-kommersiya təşkilatları tərəfindən yaradılıb.
GÜLEN-İ DƏSTƏKLƏYƏN QƏTNAMƏ QƏBUL EDİLİB

“Biz bir növ amerikalılarla türklər arasında körpü rolunu oynamaq istədik. ...Kənardan necə görünməsindən asılı olmayaraq, ...hər hansı gizli niyyətimiz olmayıb", – Kaliforniyada yerləşən, Gulen hərəkatına aid Pacifica İnstitutunun vitse-prezidenti Atilla Kahveci deyir.
Gulen hərəkatına yaxın bir qurumun 2008 - 2012-ci illər arasında, azı, 32 belə səfəri maliyyələşdirdiyi İllinoy ştatının nümayəndələr palatasında Gulen-i "dünyada sülh və qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyi ...töhfələrə" görə tanıyan qətnamə qəbul edilib (2011).
2011-ci ildə Türkiyəyə səfər etmiş Kanzas ştatının keçmiş deputatı, respublikaçı Tom Moxleyisə Kanzas – Türkiyə Dostluq Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib.
“Mənim bu gün Türkiyədə hakimiyyətdə olanlardan daha çox bu qrup müsəlmanlara rəğbətim var. Amerikanın onları dost kimi itirmək istəmədiyi bir vaxtda biz diktatorun hakimiyyəti ələ keçirməsini müşahidə edirik", – o deyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fethullah Gulen kimdir?

    Fethullah Gulen kimdir? ...

    19-07-2016, 18:29

  • 
  • Fethullah Gülen bu qızın əlinə su tökəməz-VİDEO

    Fethullah Gülen bu qızın əlinə su tökəməz-VİDEO ...

    7-01-2014, 18:56

  • 
  • Türkiyə çevrilişinin ən əsas imamı məlum oldu

    Türkiyə çevrilişinin ən əsas imamı məlum oldu ...

    5-08-2016, 01:21

  • 
  • ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlımühüm açıqlama

    ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil ...

    20-07-2016, 18:02

  • 
  • Erdoğan Gülenin işini şəxsi nəzarətə götürüb

    Erdoğan Gülenin işini şəxsi nəzarətə götürüb ...

    21-12-2014, 20:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu