Floridada “Amerika üçün kampaniya” mitinqində danışan ABŞ prezidenti Donald Tramp deyib: “Almaniyada nələr olduğuna bir baxın. İsveçdə dünən axşam nə olduğuna bir baxın. İsveç, kim inana bilər? İsveç. Çox sayda (qaçqın) qəbul etdilər. Heç xəyal etmədikləri qədər problemlə qarşı qarşıya qaldılar”.
AFP Trampın sözçülərindən birinə onun “dünən axşam İsveçdə nə olduğuna bir baxın” sözləriylə nəyi nəzərdə tutduğunu soruşduğunu, amma hələ cavab ala bilmədiyini bildirib.
İsveçin Avropa Parlamenti millət vəkillərindən Gunnar Hokmark bir istifadəçinin “Dünən axşam İsveçdə oğlum bir “hot-doq”u düşərgə tonqalına saldı. Çox kədərli” “tweet”ini öz Twitter hesabından yenidən paylaşdı. Hokmark Trampa istinad edərək, istehza ilə “haradan eşitdi?” deyə soruşdu.
İstifadəçilərdən biri: “Dünən axşam İsveçdəki hadisənin şübhəlilərindən biri yaxalandı. Qütb ayısı. Problemimiz çox böyük. Üzücüdür” “twett”ini atdı. Başqa bir istifadəçi də İsveçin məşhur ev əşyası şirkəti “İkea”dan aldıqları mebellərin quraşdırma kitabçalarının çətin başa düşüldüyünü yazıb, “İsveç hadisəsində gizli plan” “twett”ini paylaşdı.
İsveçin rəsmi ölkə hesabından isə “Yox, İsveçdə bir şey olmadı. Burada hər hansı bir terror hücumu düzənlənmədi” mesajı paylaşıldı.
Tramp rəhbərliyində olmayan “terror hücumları”nı olmuş kimi göstərən açıqlamalardan biri də Ağ Ev sözçülərindən Kellin Konvay tərəfindən edilmişdi.
Bir televiziya proqramında “alternativ gerçəklər” anlayışını ortaya atan Konvay heç reallaşmadığı halda, “Bowling Green qırğını” deyə bir hücumdan söz etmişdi. O sonralar “ Bowling Green” dəki İraq mənşəli iki adamın “Əl- Qaidə”yə pul göndərməyə çalışmaqla günahlandırıldığı iddiasına işarə etdiyini açıqlamışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?