Yaponiya Rusiyaya Kuril adalarının birgə iqtisadi inkişafı üçün konkret plan təklif edib. Bu barədə Nikkei Asiya Reviw xəbər verir. Fevralın 25-də açıqlanan hesabatda deyilir ki, Yaponiya hökuməti adada turizmi inkişaf etdirmək istəyir. Yapon və rus şirkətləri turizm sahəsində birgə təkliflər verə bilərlər, - hesabatda deyilir. Yaponiya birgə balıqçılığın inkişafını təklif edir. Kuril adaları Yaponiya və Rusiya arasında mübahisəli ərazilər sayılır. Rusiya ikinci dünya müharibəsinin sonunda Kuril adalarını tutub. İndi Tokioda martın 18-də hər iki tərəfin görüşü gözlənir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?