GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın Suriyada daha bir arsız məqsədi var…

Rusiyanın Suriyada daha bir arsız məqsədi var…

Tarix: 2-03-2017, 23:35 Bölmə :Dünya Baxış: 499
Rusiyanın Suriyada daha bir arsız məqsədi var…

Vladimir Putin hələ ötən ilin martında Suriyanı Rusiya silahlarının sınaq poliqonu adlandırmışdı.

O, Kremldə hərbçiləri mükafatlandırdığı zaman elə beləcə də demişdi: “Rusiyanın çağdaş silahları uğurla sınaqdan keçib, özü də sınaq poliqonlarında yox, real döyüş şəraitində”. Rusiya prezidenti bunu da demişdi ki, Suriya təcrübəsi düzəlişlər etməyə, texnikanın effektivliyini və etibarlılığını artırmağa, silahlı qüvvələri təkmilləşdirməyə, onların döyüş imkanlarını gücləndirməyə kömək edəcək. Putin daha sonra təlimlərin keçirilməsi və döyüş hazırlığı üçün Müdafiə Nazirliyinin büdcəsinə 33 milyard rubl (562,7 milyon dollar) ayırdığını da demiş və fikrini belə tamamlamışdı: “Biz, sadəcə, bu pulları yönləndirmişik, çünki döyüş hazırlığı üçün real döyüş şəraitindən daha effektiv üsul hələ tapılmayıb”.

Azadlıq Radiosunun rus xidmətindən jurnalist Vladimir Voronov yazır ki, Putin sanki biznes planından danışırmışcasına praqmatik özəlliklər ortaya qoyub.

“Köhnə nəsil təyyarələr də bu işi rahatca görərdi”

Müəllif yazır ki, müasir zenit sistemlərinin dirənişi olmadan təyyarələrin belə bir reallıqla üzləşərkən özlərini necə aparacağını müəyyənləşdirmək mümkün deyil. Ancaq Rusiya ordusunun Suriyada bombaladığı qruplaşmaların heç bir radioelektron müdafiə sistemi yoxdur. Üstəlik, bununla bağlı Rusiyanın özündə əldə olunan informasiya daha faydalıdır. Belə silahların saxlanması və istismarı üçün Rusiyanın təbii-iqlim şəraiti Suriyanınkından daha müxtəlif və sərtdir. “Elə təkcə Arktika nəyə desən dəyər”, – məqalədə deyilir və qeyd edilir ki, “ən müasir aviasiya komplekslərinin” vəzifələrini köhnə nəsil təyyarələr də rahatca yerinə yetirə bilər. Qarşı tərəf müqavimət göstərmək iqtidarında olmayanda, onu yüksək hündürlükdən bombalamaq o qədər də çətin iş deyil.

Eyni nəticələrə nail olmağın başqa yolu da varmış?

Müəllif yazır ki, ən böyük şou Rusiyanın “Kalibr” qanadlı raketlərinin nümayişi olub. Birinci “təqdimat 2015-ci il oktyabrın 7-də gerçəkləşib. Xəzər donanmasının dörd gəmisi Suriya istiqamətində 26 belə raket buraxıb. Xəzər dənizi hövzəsindən start götürmüş bu raketlər 50 metrə yaxın hündürlükdə 1500 kilometrə qədər yol qət edərək və İranla İraqın əhalisi az ərazilərinin üstündən keçərək, mənzil başına çatmışdı. Bu ölkələrin əvvəlcədən razılığı da alınmışdı. Bu, məxsusi “Kalibr” raketləri üçün layihələndirilmiş və dizayn olunmuş “Buyan-M” kiçik raket gəmilərinin (KRG) döyüş debütü idi. Bunun ardınca daha bir neçə dəfə, o cümlədən Aralıq dənizi hövzəsindən də həmin raketlər buraxıldı. Noyabrın 17-də (rəsmi məlumatlara görə, dekabrın 8-də) dörd “Kalibr” raketi “Rostov-na-Donu” sualtı qayığından buraxıldı. Qayıq həmin vaxt Şimal Donanmasından Novorossiyskə keçirdi və bu daha bir premyera idi.

Ekspertlər etiraf etdilər ki, son dərəcə bahalı bu raketləri 1500 kilometrlik məsafəyə buraxmağa heç bir lüzum yox idi. Ən azı ona görə ki, Suriyada onların heç bir hədəfi yoxdur. “CNA Corporation”ın analitiki Michael Kofman BBC-yə müsahibəsində bunun “şou” olduğunu demişdi. Onun sözlərinə görə, uzağa getmədən, Rusiya aviasiyasından yararlanaraq, eyni nəticələrə nail olmaq mümkün idi.

Məqsəd, sadəcə, güc nümayiş etdirmək, “biz də yerimizdən tərpənmədən dünyanın yarısını tuta bilərik” mesajı vermək idi. Suriyada belə gücə layiq infrastruktur olmadığından, bu zərbələrin heç bir praktik əhəmiyyəti yox idi. Orada Rusiya qüvvələri dağınıq və xırda partizan qrupları ilə vuruşurdu. Onlar da çox zaman yaşayış məntəqələrində, çox zaman dinc sakinlərin arasına qarışaraq fəaliyyət göstərirdi.

İstənilən savaş silahların sınaq poliqonudur. Suriya müharibəsi də istisna deyil.

“Nə Stalin, nə də Hitler…”

“1936 – 1939-cu illərdə baş vermiş vətəndaş savaşında İspaniya, faktik olaraq, alman və sovet silahlarının sınaq poliqonuna çevrilmişdi. Bu zaman nə Stalin, nə də Hitler ictimaiyyət önündə İspaniyadan sınaq poliqonu kimi istifadə etmələriylə öyünürdü. Onlar heç zaman silah satışını artırmaq və potensial sifarişçiləri cəlb etmək üçün öz silahlarının uğurunu reklam etmirdilər. Onların hərbi liderləri də açıq çıxışları zamanı bu mövzuya toxunmurdular. Sovet və Amerika silahlarının sınaqdan keçirildiyi Hind-Çindəki hərbi əməliyyatlar haqqında da eyni sözləri söyləmək olar. Nə Leonid Brejnev, nə Lindon Johnson, nə Richard Nixon, nə də onların marşal və generalları Vyetnamdan ən yeni silahların sınaqdan keçirilməsi üçün poliqon kimi yararlandıqlarını açıq şəkildə dilə gətiriblər. Canlı insanlar üzərində aparılan belə sınaqların əxlaqsızlığı o qədər ortadadır ki, dövlət adamları bu mövzunu açıb-ağartmırlar. Belə çıxır ki, Putin bu məsələdə də novatordur?” – müəllif yazır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya ordusuna döyüş hazırlığı əmri verilib

    Rusiya ordusuna döyüş hazırlığı əmri verilib ...

    13-07-2013, 23:13

  • 
  • Putin Rusiyanın atom sualtı qayıqlarını döyüş vəziyyətinə gətirdi

    Putin Rusiyanın atom sualtı qayıqlarını döyüş ...

    16-03-2015, 18:34

  • 
  • Ukrayna ordusuna "döyüş hazır ol" əmri verildi

    Ukrayna ordusuna "döyüş hazır ol" əmri ...

    15-04-2014, 10:55

  • 
  • Putin: “İŞİD MDB ölkələrinə hücum etmək istəyir"

    Putin: “İŞİD MDB ölkələrinə hücum etmək ...

    21-02-2016, 00:37

  • 
  • Təcili: Putin Qarabağda tərəfləri dərhal atəşi dayandırmağa çağırdı

    Təcili: Putin Qarabağda tərəfləri dərhal atəşi ...

    2-04-2016, 13:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (2)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu