Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın saxlanıldığı üçün etiraz edən türklərə güc tətbiq edib.
“Gündəm Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, Hollandiya hökumətinin maneələrinə qarşı nazir Kayaya dəstək vermək üçün bölgədə olan türk vətəndaşlarının üzərinə təzyiqli su sıxılan müdaxilədə, çox sayda polis iti istifadə edilib.
Vətəndaşlardan bəziləri polis itlərinin hücumuna məruz qalarkən, çaxnaşma əsnasında bəzi nümayişçilər aldıqları zərbəylə şüurunu itirərək yerə düşüb. Atlı polislərin qatıldığı müdaxilədə, aralarında türk jurnalistlərin də iştirak etdiyi mətbuat nümayəndələri təhlükəsizlik güclərinin fiziki şiddətinə məruz qalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?