Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı səfirliyinin binasına girişinə qadağa qoyulması ötən gecə etiraz aksiyaları ilə müşayiət olunub.
gundemxeber.az türk mediasına istinadən xəbər verir ki, bu səbəbdən yerli polis səfirliyin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Çevik polis alayı, xüsusi təyinatlı polislər binanı mühasirəyə alıb. Hətta səfirliyin qarşısında xüsusi baryerlər də quraşdırılıb. Səfirliyin önünə yığışan minlərlə Türkiyə vətəndaşına qarşı polis gücdən istifadə edib, polis iti vasitəsilə aksiyaçılara müdaxilə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?