Hollandiyada parlament seçkilərinin birinci mərhələsini baş nazir Mark Rutte-nin partiyası udub. M.Rutte qələbəsini qeyd edərkən, populizmin səhv yönə getməsinin qarşısını aldıqlarını söyləyib.
M.Rutte, həm də rəqibi Geert Wilders millətçidirlər, G.Wilders müsəlmanlara, türklərə qarşı sərt çıxışlarıyla tanınır.
Son günlər Türkiyəylə Hollandiya arasında baş verənlər, G. Wilders-in türk liderlərinin ünvanına söylədikləri onun tərəfdarlarının sayının çoxalması ehtimalını yaratmışdı. Ancaq G.Wilders-in partiyası 150 nəfərlik parlamentdə 19 yer, baş nazirinki isə 31 yer qazanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?