Mosulda İŞİD əleyhinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın avia zərbələri zamanı ölənlərdən 112 nəfərin meyiti tapılıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, İraqın səhiyyə naziri Əhməd Dubardani bildirib ki, 3 gün ərzində tapılan meyitlər torpağa tapşırılıb.
Qeyd edək ki, Mosula avia zərbələr ötən həftə endirilib. Yerli mətbuatın məlumatına görə, ölü sayı 200-dən az deyil. Koalisiya qüvvələri isə dinc sakinlərin öldüyü barədə xəbəri təsdiqləməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?