ABŞ ordusu koalisiya qüvvələrinin İraqın Mosul şəhərinə hava zərbələri endirməsi nəticəsində dinc sakinləin öldrülməsi faktını araşdırmağa başlayıb. Hüquq müdafiəçilərinin məlumatına görə, martın 17-dən başlanan bombardmanlar nəticəsində iki yüz nəfərə yaxın dinc sakin ölüb. Koalisiya qüvvələri bombardmanı İraq hökumətinin xahişi ilə etdiyini bildiriblər. Martın 23-də endirilən hava zərbələri nəticəsində üç bina dağıdılıb. The Guardian qəzeti yazır ki, xilasedicilər təkcə bir binanın dağıntıları altından 80 nəfərin cəsədini çıxarıb.
Sorğu
Yeni dizaynımız necədir?