Prezident Rəcəb Tayib Ərdoğan İstanbulda gəncliklə görüşdə bildirib ki, “bu gün 100 il öncə olduğu kimi bölgənin xəritəsin yenidən cızmağa cəhd göstərilir, bunun üçün terrorçu təşkilatlardan isitfadə olunur”.
Onun sözlərinə görə, “100 il əvvəl söhbət ərəbcə danışan və hər şeydə yerli sakinlərə oxşamağa çalışan ingilis kəşfiyyatçısı Lourens Ərəbistanlı kimi şəxslərdən gedirdi” və “bu gün Lourensin imamlara və alimlərə oxşamağa çalışan müasir variasiyaları ilə işimiz var. 100 il qabaq məxfi Sayks-Piko sazişi imzalanıb. Məxfi müzakirələr bu gün də aparılır”. Hazırda Türkiyədə aprelin 16-a nəzərdə tutulmuş və prezident idarəçilik formasını təsbit etməli və ya etməməli olan referendum üzrə seçki kampaniyası keçirilir. Hakim partiya və müxalifət təmsilçiləri, demək olar, hər gün müxtəlif şəhərlərdə bir-birlərini ittiham etdikləri və ölkənin gələcək perspektivinə nisbətdə faktlardan bildikləri kimi istifadə etdikləri mitinqlərdə çıxış edirlər. Prezident Ərdoğana gəlincə, AB ilə dalaşaraq eyni zamanda ABŞ-ı ittiham edir ki, “Suriya kürdlərini böyük miqdarda silahla təmin edir və bu silahların önəmli qismi terrorçu İŞİD qruplaşmasının əlinə keçir”. Bəziləri hesab edirlər ki, bu, “Vətən təhlükədədir!” şüarı vasitəsilə ölkə vətəndaşlarını öz ətrafında birləşdirməyə və referendumda qələbə çalmağa can atan hakim Ədalət və İnkişaf Partiyası tərəfindən taktiki gedişdir. Tarixi yaraları təzələmək, ingilis kəşfiyyatçısı Lourens Ərəbistanlının “ruh”unu və məxfi Sayks-Piko sazişini dirirltmək cəhdi də buradandır. “Yeni Çag” türk nəşrinin yazdığına görə, “Türkiyədə bu günə qədər Lourens Ərəbistanlıya nifrət edirlər”. O, 1914-cü ilin axırında Qahirədə Britaniya kəşfiyyat idarəsinə təyin olunub, 1916-cı ildə isə Londonun yaratdığı Ərəb bürosunda işləyib. O, Osmanlı imperiyasının ərəb təbəələri arasında üsyan hazırlayıb və bu yöndə çox şeyə nail olub. 1915-ci ilin noyabrında franslız diplomat Fransua Jorj-Piko və ingilis Mark Sayksın hazırladığı və I Dünya savaşından sonra Antantanın Yaxın Şərqdə maraq dairələrinin müəyyən edildiyi, xüsusən də 1916-cı ildə Osmanlı imperiyasının bölünməsini nəzrdə tutan müqavilənin maddələrini faktiki olaraq məhz o gerçəklşdirib. Bununla belə, bu sazişin varlığı yalnız 1917-ci ildə Sovet hökuməti onu dərc etdikdən sonra məlum olub. Britaniya baş naziri Lloyd Corc 1918-ci ilin dekabrında bildirdib ki, Sayks-Piko müqaviləsi qüvvədə deyil. Amma 1920-ci il aprelin 26-da San-Remo sazişi, 1920-ci il avqustun 10-da Sevr müqaviləsi imzalanır, 1921-ci ildə Türkiyə lideri Mustafa Kamal bolşeviklərlə Qars müqaviləsini imzalayır və 1923-cü il Lozann müqaviləsini yada salaq – bütün bunlar Türkiyə sərhədlərinin hüquqi biçiminə xidmət edib və bu günə qədər qüvvədədir. “The Economist” Britaniya nəşrinin də yazdığı kimi, siyasətçilərin yalnız dar çevrəsi o zaman hesab edirdi ki, “keçmiş Osmanlı imperiyasının ərazisinin xəritə üzərində mum qələmlə aparılmış bölgüsü müəyyən daxili və xarici şəraitlər müqabilində Türkiyəni yenidən geopolitikanın tiyəsinə çıxaracaq”. Hazırda türk ekspertlərinin əksəriyyəti “Yaxın Şərqdə tarix ən dramatik nəticələrilə yenidən işə düşməsi və I dünya savaşından sonra Osmanlı imperiyasının qalıqlarından biçimlənmiş bölgənin təzədən dağılmasına” aparan durumun səbəblərini incələyirlər. Hamı bunun ilkin günahını arayır. Ankaranın son illərdə buraxdığı bir neçə “əsas səhv”in adı çəkilir. Birinci səhv bir tərəfdən keçmiş Osmanlı imperiyasının sərhədlərində Türkiyənin nüfuzunu möhkəmləndirən yeni osmançılıq ideologiyasını, digər tərəfdən həmin məqsədlə, lakin türkdilli keçmiş sovet respublikalarında “Böyük Turan” layihəsini sistemli şəkildə dirçəldən milli tarixşünaslığın məhsulu sayılır. Ərdoğanın partiyası bu paradiqmada ölkə daxilində “kürd kartı”nı oynadı. Lakin kürdlərlə başlanmış sülh danışığı sona kimi aparılmadı, ancaq ölkədə hər şey kürd muxtariyyətinin mümkün təzahürünə gedirdi. Türk siyasətçisi Maral Akşenərin hesab etdiyi kimi, indi Ankara “tələyə düşüb”. O, iddia edir ki, prezident səlahiyyətlərinin genişləndirilməsi haqda məsələni referenduma çıxardan Ərdoğan qələbə halında “federativ dövlət qurmağa başlayacaq”. Lakin hətta belə bir şey baş verərsə, fərq etməz, bu, gecikmiş gedişdir. Yekunda Ankara “Böyük Turan” əvəzinə gec-tez “Böyük Kürdüstan”ı əldə edəcək. İkinci səhv birincisi ilə bağlıdır. Türkiyə Qərb tərəfdaşlarının, hər şeydən əvvəl ABŞ-ın əsil niyyətlərini hesablamadan başını yarmaqla “ərəb baharı”na baş vurdu. Lakin ən başlıcası, özünü Suriya münaqişəsinə cəlb etməyə yol verdi. Türkiyə Suriya prezidenti Bəşər Əsədi, az qala, “Yaxın Şərqdə baş diktaror”, özünü isə “müsəlman dünyasında Qərb tipli demokratiya örnəyi” elan edərək əvvəlcə İŞİD-lə gizli alyansa girərək sonradan cihadçılara müharibə elan etməklə üsullardan başaçmaz göründü. Əsədlə savaş ikinci plana keçməyə başladı, amerikalılar və Qərbin bəzi ölkələrinin dəstəyindən yararlanan Suriya kürdləri birinci plana çıxdı. İstisna olunmur ki, Suriya kürdləri gələcəkdə Suriyada muxtariyyət statusu alacaqlar ki, bu da qaçılmaz şəkildə Türkiyə kürdlərinin durumuna təsir edəcək. Lakin Ankara üçün ən başlıca sürpriz Rusiya HKQ-nin Suriyada görünməsi oldu ki, bu da ABŞ-ın bölgədə faktiki hərbi iştirakı ilə yanaşı obyektiv durum yaradır və nə iləsə Yaxın Şərqdə I Dünya savaşını yekunlaşdıran prosesi yada salır. Türkiyə Suriya istiqamətində Rusiya və İranla alyansa getmək məcburiyyətində qalmış olur, ABŞ-dan tam qopmağı istəməyərək iki mərkəz arasında tarazlaşdırma siyasəti üsullarından istifadə edir və qorxur ki, Vaşinqton və Moskva müəyyən şəraitdə Sayks-Piko tipli sazişin bağlanmasına gedə bilər. Bu zaman Yaxın Şərqdə “terrorla kürəsəl mübarizə” sərhədlərin yenidən bölünməsi ilə başa çatar. Xüsusən də ona görə ki, Tehran amili də özünü ciddi geopolitik amil qismində göstərməyə başladı ki, bu da qüvvələr tərtibini Türkiyə üçün ən gözlənilməz yöndə dəyişir. Bir sözlə, bu ölkə II Dünya savaşından sonra ilk dəfə geopolitik rikslər zonasına düşüb. “Yeni Çağ”ın yazdığı kimi, “türklərə fikir təlqin edirlər ki, Yaxın Şərq Qaziantəpdə (Türkiyənin güneyində şəhər-tərc.) qurtara bilər”. Suriya kürdləri bu yaxınlarda Suriyanın Rumeylan şəhərində 30-dan çox siyasi partiyanın qurultayında Suriyanın şimalında bölgəsəl federativ administrasiyanın yaradıldığını elan edib. Necə deyərlər, proses işə düşüb və davam edir. Bu şəraitdə Ankaranın müxalifətin istənilən formasını əzməklə məşğul olmağı deyil, xarici siyasət vektorunu kəskin şəkildə dəyişməyi lazımdır. Londonda çıxan “Əl-Ərəb” nəşri yazır: “Ərdoğan ölkəni 14 ildir idarə edir – əvvəlcə baş nazir, sonra isə Türkiyənin prezidenti qismində O, siyasi karyerası ərzində mövqe və siyasi şüarlarını dəfələrlə dəyişib. O, uzun yol keçib və son nəticədə buna gətirib çıxardıb ki, prezidentin durumu Yaxın Şərqin üzləşdiyi yeni çağırışlar qabağında getdikcə lax görünür”. Türkiyə üçün ən ciddi tarixi qərarlar qəbul etmək dövrü gəlir…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?