Moskvada qatarların toqquşmasından sonra 50 nəfər tibbi yardımın göstərilməsi üçün həkimlərə müraciət edib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları"ndan bildirilib.
"Elektrik qatarının iki vaqonunun və sərnişin qatarının lokomotivinin seksiyasının relsdən çıxması nəticəsində dəmir yolunda hərəkət dayandırılıb. İlkin məlumata görə, tibbi yardımın göstərilməsi üçün 50 nəfər həkimlərə müraciət edib", - deyə məlumatda bildirilir.
Bundan əvvəl 20 nəfərin xəsarət alması, 12 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?