Çilinin Sakit okean sahillərində zəlzələ baş verib.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların maqnitudasi 5,4 bal gücündə olub.
Zəlzələ yerli vaxtla gecə saat 03.42-də qeydə alınıb. Yeraltı təkanların episentri Ovalye şəhərindən 51 kilometr cənubda, 43,2 kilometr dərinlikdə olub.
Dağıntılar və tələfat barədə hələ məlumat verilməyib.
Sorğu
Yeni dizaynımız necədir?