Venesuela hökuməti Miranda ştatının paytaxtı Los-Tekes şəhərində keçirilən etiraz aksiyaları zamanı qanun pozuntularına yol verən 30 nəfəri saxlayıb.
gundemxeber.az report.az-a istinadən bildirir ki, bu barədə şənbə günü "El Nacional" qəzeti yazıb. "Saxlanılan şəxslər infrastruktur obyektlərinin dağıdılması ilə məşğul olub, hərəkəti əngəlləyib və ştat paytaxtının küçələrini bağlayıblar. Şənbə günü təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüblər", - deyə nəşr şəhərin yerləşdiyi Quaykapuro bələdiyyəsinin rəhbəri Fransisko Qarsesanın sözlərini sitat gətirir.
Bildirilir ki, iğtişaş iştirakçıları bir neçə mağazanı qarət edib və dəfələrlə polislə toqquşmaya giriblər.
Sorğu
Yeni dizaynımız necədir?