Amerikanın Missisipi ştatında unikal hadisə baş verib.
Yayıminfo.com xarici mediaya istinadən bildirir ki, mayalanmaqda olan uşağa kömək üşün həkimə gələn ərlə-arvada onların əslində əkiz olduqları deyilib.
Bunu DNK-test müəyyən edib. Tibb işçiləri cütlüyün məlumatlarını həkim sirrini əsas gətirərək açıqlamaqdan imtina ediblər.
Məlum olan yalnız budur ki, qardaş bacı ilə hələ kiçik yaşlarında, valideynləri yol qəzasında həlak olandan sonra faciəli şəkildə ayrı salınıblar.
Sonra onları müxtəlif ailələr övladlığa götürüb. Bu səbəbdən onlar bir-birinin varlığından belə xəbərsiz olublar. Gələcək ərlə-arvad kollecdə tanış olublar və dərhal bir-birini seviblər.
DNK-testi aparan həkim etiraf edib ki, bu, onun təcrübəsində ilk hadisədir.
Missisipi ştatında qardaşın bacısı ilə nikaha girməsinə görə onu 10 il həbs cəzası ala bilər. Ancaq bu fakta görə cütlük günahkar sayılmayacaq.
Sorğu
Yeni dizaynımız necədir?