Azərbaycanlıların edamı İrandakı Azərbaycan xalqının hüquqları üzrə assosiasiya əsasən etnik azərbaycanlıların çoxluq təşkil etdikləri şəhərlərdə ölüm cəzasının tətbiqi haqda məruzə dərc edib.
Assosiasiyanın hüquq müdafiəçiləri narahatlıqla qeyd edirlər ki, Azərbaycan şəhərlərində ölüm hökmlərinin sayı çox sürətli templə artır. Belə ki, 2015-ci ilin oktyabrından 2016-cı ilin oktyabrınadək İranda bütovlükdə 588 insan edam edilibsə, onlardan 187-si Azərbaycan əyalətlərindən olanlar olub.
Onlardan yarısı narkotiklərlə bağlı cinayətlərə, dörddə biri zinalara və qalanları siyasi fikirlərə və təhlükəsizlik məsələlərinə görə ölüm cəzasına məhkum ediliblər.
İranda edam edilmiş hər on adamdan biri Qərbi Azərbaycan əyalətinin sakinidir. Ölüm hökmlərinin yayılma dərəcəsi üzrə sonrakı yerlərdə Şərqi Azərbaycan (8%) Ərdəbil (7%), Qəzvin (6%), Zəncan və Həmədan gedir.
Hüquq müdafiəçiləri, həmçinin narahatdırlar ki, rəsmi məlumatlarda ölüm cəzasının yalnız az bir hissəsi əksini tapır. Onların fikrincə, reallıqda edam olunanların sayı rəsmi mənbələrdə göstərilənlərdən dəfələrlə çoxdur.
Hüquq müdafiəçiləri Azərbaycan şəhərlərində edamların sayının artmasına görə həm də o səbəbdən narahatdırlar ki, hakimlərin qərarları çox vaxt törədilən cinayətlərə adekvat olmur.
Sonda qurum İranda edam edilmiş etnik azərbaycanlıların uzun siyahısını təqdim edib və vurğulayıb ki, hələlik yalnız onların adlarını dəqiqləşdirə bilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?