Rusiyada çəkən Ermənistan vətəndaşı Qraçya Arutunyan vətəninə ekstradisiya olunacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə nazirinin müavini Viqen Koçaryan məlumat verib. Onun sözlərinə görə, ekstradisiya məsələsinə mane olan maliyyə problem artıq həll olunub.
Qraçya Arutunyan 2013-cü ildə Podolsk şəhərində idarə etdiyi yük maşını ilə sərnişin avtobusuna çırpılmışdı. Hadisə zamanı 18 nəfər həlak olmuşdu. Arutunyan bu qəzaya görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzanın yüngüllüyü Rusiya cəmiyyətində etirazla qarşılanmışdı. Arutunyanın məhkəmə zalına qadın xalatında gətirilməsi isə erməniləri narazı salmışdı
Sorğu
Yeni dizaynımız necədir?