Son məlumata görə Ermənistan Müdafiə Nazirliyi qəza zamanı nazirin avtomobildə olduğunu təkzib edib.
Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan “Sputnik” agentliyinə bildirib ki, Vigen Sərkisyan hadisə vaxtı İrəvanda, hökumətin iclasında iştirak edirdi. Lakin qəzaya uğrayan nazirin xidməti avtomobillərindən biri olub. Hadisə araşdırılır. Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirir ki, qəzaya düşən “Lexus” müdafiə nazirinin xidməti avtomobili olub. Nazirlik qəza zamanı Vigen Sərkisyanın avtomobildə olduğunu dəqiqləşdirməyib. Nazirlik bildirir ki, qəzada həlak olanlar müqavilə əsasında xidmət keçən leytenant Armen Musikyan və müdafiə nazirinin təhlükəsizlik xidmətinin əməkdaşı, kapitan Aleksan Simonyandır. Məlumatlara görə hadisə zamanı müdafiə naziri özü də avtomobildə olub, lakin “Novosti Armeniya” nazirin xəsarət almadığını bildirir. Ermənistan Müdafiə Nazirliyi hələlik hadisə barədə şərh verməyib. Ermənistanın Sünik vilayətində (işğal altındakı Kəlbəcər rayonu ilə həmsərhəd) dünən dekabrın 8-də Müdafiə Nazirliyinin mərkəzi aparatının iki əməkdaşı qəzada ölüb. Erməni mənbələrindən verilən məlumatda deyilir ki, Ermənistan Müdafiə Nazirliyinin nömrə nişanını daşıyan “Lexus” avtomobili yolun hərəkət hissəsindən çıxaraq uçuruma yuvarlanıb. Nəticədə sürücü və sərnişin ölüb. shamshyan.com saytı ölənlərin müdafiə naziri Viqen Sərkisyanın mühafizə xidmətinin əməkdaşları olduğunu bildirir. Onların rütbələri göstərilmir. Məlumata görə qəzaya uğrayan “Lexus”un nömrə nişanı “0001” –dir və qəza Yerevan-Mehri avtomobil yolunun 231-ci kilometrliyində baş verib. Avtomobil yoldan çıxaraq 40 metrlik uçuruma düşüb. Ölənlərdən biri müdafiə nazirinin təhlükəsizlik xidmətinin rəisi Armen Simonyandır. Hadisə yerinə çoxsaylı yol patrul polisi avtomobilləri və əməliyyat qrupu göndərilib.
Sorğu
Yeni dizaynımız necədir?