Dünyanın ən vəhşi qəbiləsi Sentinel barədə məlumatlar eşidənləri şoka salır.
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, normal aləmlə əlaqəsi olmayan qəbilə 60 min ildən çoxdur ki, bu vəziyyətdə yaşayır. Hind okeanının şimalında yerləşən Sentinel adasında yaşayan qəbilənin çox maraqlı və təhlükəli cəhətləri var.
İlk növbədə onlar heç bir müasir dəyəri qəbul etmir və adaya yad insanları buraxmırlar. 2006-ci ildə iki balıqçı adaya çox yaxınlaşdığı üçün onları öldürən qəbilə üzvlərinin görüntüləri «Youtobe»də 2 milyondan çox insan tərəfindən izlənilib. Zaman-zaman yaxınlıqda yerləşən Andaman adalarından səfərə çıxan avropalı müstəmləkəçilər gəmiləri batma təhlükəsi ilə üzləşdiyi Sentineldə gəliblər. Amma onlar qəbilə üzvlərinin yaşadığı əraziyə getməyə cəhd etməyiblər. 1880-ci illərdə İngilis alimi M.V Portmanun liderlik etdiyi kəşfiyyatçı qrup adaya daxil olub və 6 yerli sakini oğurlayıb. Müəyyən vaxt keçdikdən sonra oğurlanan sakinlərin bir neçəsi müxətlif xəstəliklə səbəbindən ölüblər. Oğurlanan digər sakinlər hədiyyələrlə birlikdə adaya geri qaytarılıblar.
Bu ziyarət xaricində adaya 20-ci əsrin ortalarına qədər heç kim getməyib. Amma Portman sakinlərdən birinin şəkili üzərində tədiqat aparıb. 1960-cı illərdə isə Hindistan hökuməti Sentinel qəbiləsi ilə əlaqə yaratmağa başlayıb. 1967-ci ildə adaya səfər təşkil edən hökumət nümayəndələri qəbilə üzvlərinə hədiyyələr qoyub oranı tərk ediblər.
1981-ci ildə Primrese adlı Panamadan gələn yük gəmisi qəbilənin yaşadığı adanın kənarında olan böyük qayalığa çırpılıb. Sentinel sakinləri gəmidə çarəsiz vəziyyətdə qalan insanları xilas etmək əvəzinə onlara tərəf ox atmağa başlayıblar. Bu hadisədən 10 il sonra hind antropoloqu Mabhumala Çattopadhyay ada sakinləri ilə dostlu münasibəti qurmağı bacarıb.
Həmin ziyarətdən sonra ada sakinlərin adi insanlara qarşı manasibəti dəyişməyib. 2004-cü ildə Hind okeanında baş vermiş sunamidən sonra adaya baxış keçirən helikopter oxlanıb. Başqa bir maraqlı məqam isə ada sakinlərinin qeyd edilən ildə baş vermiş sunamidən əvvəlcədən xəbər tutmasıdır. Onlar sunamidən xəbərdar olduqları üçün adanın ortalarına doğru gediblər və fəlakətdən heç bir ziyan çəkməyiblər. Adaya bu günə qədər heç bir elmi tədqiqat aparılmayıb. Həmçinin adanın torpaqları heç vaxt əkilmədiyi üçün çox münbitdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?