İsmayıllı və Quba hadisələrinin bu dəfə paytaxtın bir addımlığında təkrarlanacağı şübhəsizdir.
Son zamanlar məmur özbaşınalığı öz pik nöqtəsinə çatıb. Yerlərdə özlərini sahibi- mütləq hesab edən icra başçıları əhaliyə şəxsi mülkiyyəti kimi baxmaqda davam edir və hətta bu özbaşınalıqlarını paytaxtın bir addımlığında belə icra etməkdən çəkinmirlər. bu dəqiqələrdə cumhuriyyet.az-a daxil olan məlumata görə Masazırda çox faciəli hadisə baş verib. Masazır qəsəbə sakini Əbülfəz Əliyev yaşadığı ərazidə yerləşən adını çəkmək istəmədiyimiz bir məmurun villasının qarşısından keçərkən, məmurun bağlı olmayan iki vəhşi iti tərəfindən parçalanıb. İki gün xəstəxanada ağır vəziyyətdə müalicə alan zərərçəkmiş aldığı ağır yaralardan elə xəstəxanada ikən dünyasını dəyişib. Mərhumun qohumları və yerli sakinlər baş verən hadisədən olduqca qəzəbləniblər. Qəsəbə sakinlərinin cumhuriyyet.az-a verdiyi məlumata görə, hakim orqanlar tərəfindən məsələyə aydınlıq gətirilməyəcəyi təqdirdə, İsmayıllı və Quba hadisələrinin bu dəfə paytaxtın bir addımlığında təkrarlanacağı şübhəsizdir. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.
Sorğu
Yeni dizaynımız necədir?