Moskvada Saxarov prospektində paytaxt hökumətinin beşmərtəbəli binaların sökülməsi və bərpası üzrə proqramına görə etiraz nümayişi başlayıb. Aksiyaya bir neçə min mənzil sahibi və sakin qoşulub. Onlar sökülmə ilə bağlı proqramdan və Dövlət Dumasında artıq birinci oxunuşdan keçmiş bərpa barədə qanun layihəsindən narazıdırlar. “Gündəm Xəbər" “Ağ sayğac" təşkilatına istinadən bildirir ki, etiraz nümayişinə 12 mindən çox insan qatılıb. Lakin fəal Yuliya Qalyamina bildirib ki, aksiyada təşkilatçıların hesablamalarına görə, 30 mindən çox insan iştirak edir. Moskva Şəhər Dumasının deputatı Yelena Şuvalovun mitinqin əvvəlində proqramı evlərini tərk etməyə məcbur edilən moskvalıların "deportasiyası" adlandırıb. Etiraz nümayişində çıxış edən bələdiyyə millət vəkilləri Moskva meri Sergey Sobyaninin istefaya göndərilməsini tələb ediblər. Dövlət Dumasına martın əvvəllərində təqdim edilmiş qanun layihəsini Rusiya konstitusiyasını və artıq mövcud qanunvericiliyi pozduğuna görə tənqid edirlər. Xüsusilə, qanun layihəsinin hazırkı şəkli vətəndaşların məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırır və evləri söküləcək olan sakinlərin hüquqlarını qorumur. May ayının əvvəlində sakinləri söküntüyə dair "hə" və ya "yox" deyə səs verəcək evlərin siyahıları ortaya çıxıb. Səsvermə mayın 15-də başlayacaq və onun yekunlarına əsasən evlərin bərpa proqramına daxil edilməsi barədə qərar qəbul ediləcək. Siyahıda panel "xruşşovkalarla" yanaşı, həmçinin kərpic "stalinka tipli binalar" və hətta inqilabdan əvvəl Rusiyada tikilmiş evlər də var. Bununla yanaşı köhnə yataqxanalar proqrama daxil edilməyib. Siyahıda cəmi 4566 ev var. Son bir neçə həftə ərzində etirazların fonunda Moskva hakimiyyəti bərpa proqramını dəyişməyə başlayıb. Cümə günü Moskva meri Sergey Sobyanin bildirib ki, evlərin sökülməsi barədə qanun layihəsinə prinsipial dəyişikliklər ediləcək. Şənbə günü müvafiq qanun layihəsi Moskva Şəhər Dumasına təqdim edilib. Moskva hakimiyyəti beşmərtəbəli binaların sakinlərinə evlərinin sökülməsi barədə qərarı məhkəmədə mübahisələndirməyə imkan veriləcəyini vəd verib, halbuki əvvəllər qanun layihəsi bunu qadağan edirdi. Bundan başqa, hakimiyyət evləri sökülən sakinlərə meriyanın təklif etdiyi variant qane etməsə, istənilən mərhələdə proqramda iştirakdan imtina, yaxud dəyərcə bərabər olan yaşayış sahəsinin və ya pul kompensasiyası almaq imkanı barədə də vəd veriblər. Buna baxmayaraq, proqramın əleyhinə olan fəalları bu sakitləşdirməyib. Onlar proqram və qanun layihəsinin ləğvinə nail olmağa çalışırlar. Bu zaman etiraz nümayişinin təşkilatçıları deyirlər ki, siyasi şüarlar səsləndirmək olmaz. Xəbər xidməti
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?