Yerevan şəhər meri postuna namizəd Taron Markaryanın Avan məhəlləsində yerləşən seçki qərargahında gərginlik yaşanıb.
Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, müxalif "Yerkir Tsiran" partiyasının lideri, şəhər meri postuna namizəd, sabiq deputat Zaruhi Postancıyan faktların saxtalaşdırıldığını bildirərək rəflərin açılmasını tələb edib.
Qərargah üzvləri bundan imtina ediblər. Polis namizədi oradan zorla uzaqlaşdırmaq istəsə də buna nail olmayıb. Əvəzində onun qızı saxlanılıb.
Məlumata görə, belə etməkdə məqsəd hakim partiyanın namizədini xeyrinə edilən saxtakarlıqların izini itirməkdir.
Zaruhi Postancıyan ona və qızına hücum edildiyini təsdiqləyib. Qeyd edib ki, qızı polis tərəfindən tutulub, hazırda Nor Nork polis bölməsindədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?