“Tramp ilə bir sammitdə iştirak və bu toplantını təşkil etmək çox iyrəncdir”.
Ovqat.com xəbər verir ki, İraq mərkəzli Sədr hərəkatının lideri Müqtəda əs-Sədr belə deyib.
Bağdadda keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanında bu gün baş tutacağı gözlənilən İslam ölkələrinin regional sammiti barədə açıqlama verən Sədr ABŞ-ı “mülayim ölkə” hesab etmədiyini bildirib və müsəlman liderlərinə bəzi tövsiyyələrdə bulunub:
“Ərəb və müsəlman ölkələri Amerikaya etibar etməməlidir”.
Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçiriləcək sammitdə Amerika prezidenti Donlad Trampın da iştirakı və çıxış edəcəyi gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?