Ermənistanın “Bavra” gömrük məntəqəsinin rəisi (E.M.) və broker fəaliyyəti göstərən kommersiya şirkətinin direktoru (A.E.) rüşvətxorluq maddəsi ilə qaldırılan cinayət işi əsasında həbs edilib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Araşdırmalar zamanı aydın olub ki, “Bavra”nın rəisi rüşvət müqabilində malların qanunsuz ixracına şərait yaradıb. Həmin malların sənədsiz olduğu, gömrük qanunvericiliyinə uyğunsuzluğu da aşkarlanıb. Hətta gömrük rəisinin qanunsuz olaraq 35 döyüş patronu saxladığı da üzə çıxıb. Hər iki şəxsin fəaliyyətində ciddi qanunsuzluqlar, cinayət əməlləri aşkarlandığı üçün onlar barəsində həb qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ermənistanın gömrük sistemi son aylarda çöküş dövrünü yaşayır. Təkcə Azərbaycan almasına görə bu sistemin 8 məsul işçisi həbs edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?