GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Yaxın və Orta Şərqin «vəhhabi» problemi

Yaxın və Orta Şərqin «vəhhabi» problemi

Tarix: 10-12-2012, 13:52 Bölmə :Dünya Baxış: 716
Yaxın və Orta Şərqin «vəhhabi» problemi

Səudiyyə Ərəbistanı sələfiliyin dünyaya siyasi-ideoloji faktor kimi yayılması üçün çoxlu pullar xərcləyir

Son zamanlar analitiklər sələfizmi siyasi aspektdə tez-tez təhlil edirlər. Müsəlman ölkələrində sosial-siyasi proseslərin intensvləşməsi fonunda bu, maraq doğurur. Siyasət meydanına yeni gücmü atılır? Bu proses hansı nəticələri verə bilər? Bu kimi suallar üzərində düşünməyə ehtiyac yaranıb.
İslamın bir din olaraq geniş yayıldığı həqiqətdir. XX əsrin sonu, XXI əsrin əvvəllərində həmin proses daha geniş vüsət almağa başlayıb. Maraqlıdır ki, İslamın din kimi yüksəlişi müsəlman ölkələrində siyasi proseslərin aktuallaşması ilə müşayiət olunur. Ona görə də son illər «İslamın siyasiləşməsi» ifadəsi analitiklər tərəfindən tez-tez işlədilir. Əslində isə nələr baş verir? İslam doğrudanmı siyasiləşir?
İndi dünya ictimaiyyətində belə bir təsəvvür formalaşdırılıb ki, İslam siyasətə qarışan kimi qan tökülür, terror baş alıb gedir. Hətta Qərb mediası İslamı daha çox terror kontekstində təqdim edir. Breyvik islamofobiyaya düçar olmuş terrorçudur. O, insanlara sadəcə, müsəlman olduqlarına görə nifrət edir və öldürürdü.
Təbii ki, İslamın terror və zorakılıqla heç bir əlaqəsi yoxdur. Ancaq o da həqiqətdir ki, bəzi radikal qruplar İslamın adından istifadə edərək cinayətlər törədirlər. Onlar fəaliyyətlərini hansısa islami ideologiya ilə izah etməyə çalışırlar. Buradan müasir tarixi şəraitdə İslamla siyasi fəaliyyət arasında sintez yaratmağa çalışan bəzi ideoloji cərəyanların tədqiq edilməsi aktuallığı yaranır. Həmin cərəyanlardan biri də sələfilikdir.
Sələfilər İslamın təmizlənməsinə ehtiyac olduğuna əmindirlər. «Təmizlənmə» dedikdə onlar İslamda sonradan əlavə edilmiş yeniliklərdən azad olmağı və məzhəbçilikdən qurtulmağı nəzərdə tuturlar. Bu əsasda sələfilər özlərinin möveyinə uyğun gəlməyən hər bir dini müddəaya qarşı barışmaz mövqedədirlər. Uzun müddət bu mövqedə olan sələfilərdə fərqli baxışlara qarşı bir dözümsüzlük formalaşıb. Onlar özlərini tam haqlı sayırlar. Ona görə də İslam haqqında fərqli fikir söyləyənlərə dözümsüzdürlər. Həmin əsasda sələfilər daha çox fanatdırlar.
Fərqli dini baxışlara dözümsüzlük sələfilərin davranışlarını radikallaşdırıb. Onlar kütlə arasında «təmiz İslam» adlandırdıqları ideyaları başqa mövqeləri inkar etmək yolu ilə yaymağa çalışırlar. Hər hansı ortaq mövqe sələfilər üçün qəbuledilməzdir. İslamın yarandığı tarixi mərhələdə qəbul edilən bütün dini həqiqətlərdən başqa hər bir fikri yalan hesab edirlər. Eyni zamanda, dində edilən yeniliklərə qarşı mübarizə aparırlar. Fəlsəfənin təsirini isə qətiyyən qəbul etmirlər.
Səudiyyə Ərəbistanı sələfiliyin dünyaya siyasi-ideoloji faktor kimi yayılması üçün çoxlu pullar xərcləyir. Daha çox «vəhhabilik» adı altında sələfilər fəaliyyətlərində radikalizmlə siyasəti birləşdirməyə çalışırlar. «Əl-Qaidə» bunun nümunələrindən biridir. «Əl-Qaidə»nin Misir və Suriyada yeni fəaliyyət üsuluna keçməsi haqqında məlumatlar yayılır. Suriyada onlar tədricən əyalətlərdə öz hakimiyyətlərini qurmağa çalışırlar. Xüsusi adamlarını yerlərdə idarəetməyə cəlb edirlər və orada öz ideoloji mövqelərinə uyğun strukturlar qurmağa çalışırlar. Bəzi yerlərdə buna nail olublar. Bu prosesi müşahidə edənlər belə qənaətə gəliblər ki, vəhhabilər əvvəlki kimi demokratiyaya qarşı çıxmırlar.
Beləliklə, sələfizm tədricən siyasi-ideoloji fəaliyyətə keçir. «Müsəlman qardaşları» kimi hakimiyyətə gələndən sonra isə hansı addımlar atacaqlarını heç kəs bilmir. Sələfiliyin bu ideoloji transformasiyası Qərbi narahat edir. Eyni zamanda, bəzi dairələr bundan müsəlman dövlətlərinin özünə qarşı istifadə etməyə cəhdlər edirlər.
Sələfilərin nə dərəcədə demokrat olduqları onların ənənəvi ideoloji mövqeyindən aydın görünür. Fərqli dini baxışı sələfizm hələ də qəbul etmir. Deməli, siyasi aspektdə sələfilik risk faktorudur. Sözdə deyilməsinə baxmayaraq, konkret siyasətdə onların sülhpərvər və demokratik kurs yeridəcəklərinə inam yoxdur.
Hazırda İslam adından istifadə edib, siyasi fəaliyyət göstərən qrupların sayının artması dinin taleyi baxımından düşündürücüdür. İslam mənəvi-əxlaqi dəyərlər və sosial-mədəni normalar sistemi kimi böyük üstünlüklərə malikdir. İndi dünyada İslamı qəbul edənlərin sayı sürətlə artır. Bu prosesə mane olmaq üçün İslamı siyasətə cəlb etmək fikrində olanlar meydana çıxıblar. İlk baxışdan İslamın yüksəlişi kimi görünən bu proses bir qədər sonra qarşısıalınmaz mənfi tendensiyaya çevrilə bilər.
Sələfilik kimi cərəyanların siyasət meydanına demokrat obrazında daxil olması İslam dünyasının parçalanmasına gətirib çıxara bilər. Müsəlmanlar İslam ümməti olaraq fərqli siyasi baxışlara malik ola bilərlər. Lakin bu fərqliliyin kökünə hansısa dini müddəanı qoyanda məsələ inama gedib çıxır. Bu da faktiki olaraq İslamın daxildən parçalanması, onun siyasi ehtirasların məhvedici axınına atılması deməkdir.
Təbii ki, bu prosesdən bütün dünya ziyan görə bilər. Çünki müasir tarixi mərhələdə din kimi İslamın üzərinə böyük məsuliyyət düşür. Bu din bəşəriyyətə barış və tərəqqi bəxş edə bilər. Digər dinlərlə yanaşı mövcud olması ümumilikdə dünyanın sülh içində yaşamasına ciddi töhfə olar. Bunun səbəbi məhz İslam dünyasının sivilizasiya olaraq sürətli inkişaf mərhələsini yaşamasındadır.
Bu gün İslamı parçalamaq istəyənlər, əslində öz gələcəklərini məhv edirlər. Yeganə doğru yol dini siyasətə qatmamaqdır. Din həmişə özünə yol tapır. İnsan bundan siyasi məqsəd üçün istifadə etməyə başlayanda isə, inkişaf yolları bağlanır. Belə bir məsəl var: ağıllı adam oturduğu budağı kəsməz. Yəqin ki, bu məsəli cəmiyyətə də aid etmək olar.

Kamal Adıgözəlov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Xatirə İslamın hovuzda fotoları yayıldı

    Xatirə İslamın hovuzda fotoları yayıldı ...

    13-08-2013, 11:53

  • 
  • Müğənni Xatirə İslamın ailəsinə ağır itki

    Müğənni Xatirə İslamın ailəsinə ağır itki ...

    18-01-2016, 11:34

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Rəsul Quliyev müsəlman olmadığını etiraf etdi - Şok açıqlamalar

    Rəsul Quliyev müsəlman olmadığını etiraf etdi - ...

    2-07-2015, 18:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu