İngiltərənin paytaxtı London ötən gecə ard-arda teror hücumu ilə sarsılıb.
İlk olaraq Londonun mərkəzindəki London Körpüsünə ağ mikroavtobusla gələn terrorçu maşını saatda 80 kilometr sürətlə insan kütləsinin üzərinə sürüb. Yerli medianın məlumatına görə, burada ən azı 6 nəfər ölüb. Şahidlərin dediklərinə görə, yaralı sayı ən azı 30 olub. Buna səbəb isə terrorçunun dinc sakinlərə silahdan atəş açdığı və bıçaqla hücum etdiyi göstərilir.
Çox yaxın bir ərazidə ikinci hücum
Bu olaydan dərhal sonra, körpünün 3 kilometrliyindəki "Boroux Bazar"ında yeni bir hücum olub. İki nəfərin bir restorana girərək müştərilərə bıçaqla hücum etdiyi və ən azı iki şəxsin öldüyü bildirilir. Polis hadisə yerinə gəlsə də, cinayətkarları yaxalamaq mümkün olmayıb. Polis açıqlamasında silahlı olan 3 şəxsin axtarışına başlanıldığını deyib.
Üçüncü HÜCUM
Bir gecədə Londonda ard-arda iki hücum sonrası bir qədər uzaqda növbəti terror xəbəri gəlib. London polisi tvitter hesabından etdiyi açıqlamada:"Əməkdaşlarımız indi də Vauxholl ərazisində baş verən başqa bir hadisə ilə maraqlanır",- xəbərini verib. Ancaq bu xəbərdən qısa zaman sonra vəziyyətin sakitləşdiyi, Vauxholl metrostansiyasının açıldığını deyiblər.
Yaşanan olayların terror olduğu iddiasına görə, Londonda metrolar bağlanıb. Şəhər sakinlərinə körpü və digər hücum baş verən ərazilərə yaxınlaşmamaqları tövsiyyə edilib.
Polis tvitterdən 3 maddəlik bir xəbərdarlıq yayımlayaraq, vətəndaşlara:" Qaçın! Təhlükəsiz bir yerə gedin! Təhlükəsiz bir yerə gedə bilmirsinizsə, gizlənin. Telefonlarınızı səssizə qoyun" , - müraciət edib.
İngiltərə baş nazirliyindən edilən açıqlamada Tereza Meyin təhlükəsizlik qüvvələri ilə birbaşa təmasda olduğu və hadisələrin detalları ilə bağlı məlumatlandırıldığı deyilib. Bazar ertəsi geniş bir mətbuat konfransı keçirəcəyini deyən Meyin, hadisəni terror hücumu olaraq dəyərləndirdiyi də açıqlanıb.
Sorğu
Yeni dizaynımız necədir?