Tornado tüğyan edən zaman evinin həyətindəki otu kəsən kanadalının fotosu sosial şəbəkələrdə sürətlə yayılıb.
Onun arvadı Cecilia-nın sözlərinə görə, Theunis Wessels qasırğanın başladığından xəbərdar idi, "lakin bu onu heç də narahat etmirdi", - arvadı BBC-ə danışıb. Sosial şəbəkələrdə sürətlə yayılmış fotonun da müəllifi elə Cecilia-dır. Onun sözlərinə görə, fotoda tufanın yaxınlıqda baş verdiyi təsəvvürü yaransa da, əslində tornadonun episentrinədək evlərindən təxminən 2 kilometr məsafə var idi. Cecilia-nın sözlərinə görə, tufan başlayan zaman onların 9 yaşlı qızı atasının evə gəlmədiyindən narahat olmuşdu. Qızını sakitləşdirmək üçün ana bayıra çıxıb və görüb ki, Theunis sakitcə qazonda ot biçməklə məşğuldur. "O sakit idi və heç bir narahatlıq hissi keçirmirdi", - Cecilia xatırladır. Cecilia-nın sözlərinə görə, əri tornadolar barədə xeyli biliyə malikdir, bu yaxınlarda tornadolar mövzusunda bir sıra seminarların işində də iştirak edib. Məşhurlarşmış fotoşəkil Three Hills şəhərində çəkilən gün tornado şərq istiqamətində hərəkət edib və 5 dəqiqədən sonra gözdən itib. Bir çox sakinlər kimi, Cecilia Wessels-də çəkdiyi fotonu Facebook-da dərc etmək qərarına gəlib. Bir müddətdən sonra həmin foto sosial şəbəkələrdə sürətlə yayılıb, 2 gün ərzində şəkil 3,500 dəfə repost olunub.
"Dəhşətli şəkildir. Nə yaxşı ki, tornado evinizə gəlib çatmayıb", - istifadəçilərdən biri yazıb. Digər bir istifadəçi isə Wessels-i "ot biçənlərin Chuck Norris-i" adlandırıb. Wessels-lər ailəsinin yaşadığı Three Hills şəhərində tornadodan zərərçəkən olmayıb. Yalnız bəzi binalarda xırda zərər dəyib. Cecilia-nın sözlərinə görə, yerli rəsmilər qasırğa barədə xəbərdarlığı foto dərc olunduqdan sonra yayıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?