ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyada həyata keçirdiyi hava zərbələri nəticəsində 20-dən çox dinc sakin həlak olub.
Onların arasında uşaqlar və qadınlar da var. Bu barədə Böyük Britaniyada mənzillənən Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb. Fəalların məlumatına görə, dinc sakinlər özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın nəzarətində olan Rəqqadan qaçmağa cəhd göstərərkən həlak olublar. "Dinc sakinlər Raqqa şəhərinin cənub sahillərini tərk etmək üçün Fərat çayının şimal sahillərində qayığa miniblər ", - deyə France-press agentliyi yazıb. Amerika rəhbərliyi hələ bu bəyanatı şərh etməyib. Hava zərbələri barədə "Rəqqanı sakitlikdə öldürürlər" hərəkatının fəalları da məlumat veriblər. Məlumata görə, hava zərbələrinin qurbanları qayıqda oturanlar və üzmək üçün imkan gözləyənlər olub. Son aylar ərzində "Suriya Demokratik Qüvvələri" alyansının İD-ə qarşı apardığı əməliyyatlar nəticəsində Rəqqanı minə yaxın insan tərk edib. ABŞ rəhbərliyi, koalisiya qüvvələrinin İraqda və Suriyada apardığı əməliyyatlar nəticəsində səhvən 484 dinc sakinin həlak olduğunu etiraf edib. Lakin fəallar həlak olanların daha çox olduğunu iddia edirlər. Suriya İnsan Haqları Monitorinq Mərkəzinin məlumatına görə, təkcə Suriyada koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 500 nəfər həlak olub. İki həftə əvvəl mərkəzin fəallara istinad etdiyi məlumatında 23 aprel-23 may tarixləri arasında 225 dinc sakinin həlak olduğu bildirilirdi. Rəqqa şəhəri 2014-cü ilin yanvarından İD qruplaşmasının nəzarətindədir. Rəqqa şəhərinin geri qaytarılması uğrunda hərbi əməliyyatlar ötən ilin sonunda başlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?