İranlı qadınlar qara çarşab geyinməklə bağlı etiraz aksiyası təşkil edib.
BakuNews.az “BBC Nyus”a istinadən xəbər verir ki, onlar hicab geyinməyə etiraz olaraq Feysbuk sosial şəbəkəsində kampaniya başladıblar.
Bu ideya istedadlı bloger Məsih Əlinecat tərəfindən irəli sürülüb və bütün dünya qadınları tərəfindən maraqla qarşılanıb. Belə ki, o, sosial şəbəkələrdə “Mənim çılğın azadlığım” adlı səhifə yaradıb. 1979-cu ildə İranda İslam İnqilabından sonra qara çarşab və hicab geyinmək məcburiyyətində olan qadınların şəxsiyyət və sosial azadlıqlarına diqqət çəkmək üçün #ağçərşənbə (whitewednesday) haştağı altında etiraz əlaməti olan ağ geyim və ağ hicab geyinən qadınların şəkil və videolarını paylaşmağa başlayıb.
Beləliklə, o, nəinki iranlı, hətta ərəb və əfqan qadınların da diqqətini bu aksiyaya çəkməyi bacarıb.
Kampaniyanın ilk 2 həftəsində Məsih 200-ə yaxın video paylaşıb və bu videolar 500 min baxış sayı toplayıb. Bu kampaniyada diqqət çəkən əsas məqamlardan ikisi İranın əsas küçələrində başıaçıq gəzən qadınlar və bu qadınlara Avropa və Amerika kimi qitələrin qadın vətəndaşlarından gələn dəstək videolarıdır.
2009-cu ildə İrandan ABŞ-a köçən və bir daha vətəninə qayıtmayan Məsih kampaniya ilə bağlı danışarkən “o qadınların mənə deyil, azad platformaya ehtiyacları var” sözlərini deyib və saçlarına ağ rəngli çiçək taxmaqla hicablı qadınların etirazına dəstəyini göstərib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?