Rusiyada sərxoşluğun "epidemiyalarından" biri 90-cı illərin əvvəlinə təsadüf edir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri qeyd ediblər.
Ekspertlərin fikrincə, rusların tünd spirtli içkilərdənn istifadəsinin səbəbi sosial müdafiə və işlə təminat sahəsində dövlət siyasətinin dağılmasıdır.
Beləliklə, ekspertlər belə qənaətə gəliblər ki, sərxoşluğu dövlətin yeni tarixində mənfi sosial dəyişikliklərin mənfi təsir göstərdiyi cəmiyyətin xəstəliyi kimi göstərmək olar.
Lakin Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, artıq 2004-cü ildən Rusiya hökumətinin siyasəti sayəsində sərxoşluq və alkoqol psixozların səviyyəsini iki dəfə azaltmağa imkan verib. Bu göstərici 2005-2015-ci illərdə hər 100 min əhaliyə görə 52,3 faizdən 20,5-ə qədər enib.
Alimlərin sözlərinə görə, bunun başlıca səbəbi kütləvi informasiya vasitələrində reklama qadağa qoyulması və tünd alkoqollu içkilərin istehsalı və satışının nizamlanması ilə bağlı dövlətin başqa tədbirləridir.
Sorğu
Yeni dizaynımız necədir?