Həddən artıq gözəl olduğuna görə Səudiyyə Ərəbistanından qovulan Ömər Borkan əl-Qalaya adı açıqlanmayan bir qadın "Mercedes G55" (Galen Vagen) avtomobili hədiyyə edib. Rusiya mətbuatına istinadən xəbərə görə bu barədə əl-Qala In Touch Weekly jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hədiyyəni ad günündə alıb. Maşını yaşadığı evə gətiriblər və mülkiyyət hüququnu təsdiq edən sənədləri imzalamağı xahiş ediblər. O, hədiyyəni kimin verdiyini özü də bilmir.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından qovulması ona şöhrət qazandırıb. İndi filmlərdə və reklam çarxlarında çəkilmə ilə bağlı ona çoxlu sayda təkliflər gəlir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?