Çeçenistanın dövlət başçısı Ramzan Kadırov bildirib ki, sentyabr ayının ortasında Liviyanın Tripoli şəhərində neft kontrabandası ittihamı ilə saxlanılan “Mexanik Çebotarev” tankeri yaxın günlərdə azad ediləcək.
Avropa.info xəbər verir ki, bu haqda o, “İnstagram” hesabında yazıb:
“Mənim dəvətimlə Qroznıya gələn Liviya baş naziri Xəlif əl Avvel məni əmin etdi ki, bəzi texniki detalların aydınlaşdırılmasından sonra ekipaj Rusiyaya qayıdacaq”
Daha əvvəl Kadırov həmin tankerdə xidmət edən matrosun azad olunması haqda yazmışdı. Matros onun dəvəti ilə Qroznıya gətirilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?