Çeçenistan rəhbəri Ramzan Kadırov təhlükəsizlik kəməri olmadan avtomobil idarə etdiyi üçün cərimələnib.
Trend-in verdiyi məlumata əsasən, dünən Kadırov ailəsi ilə birlikdə avtomobildə çəkilən videonu "İnstagram" sosial şəbəkəsi vasitəsilə yayıb.
İstifadəçilər videoya şərh yazaraq bildirdilər ki, nə Kadırov nə də onun ailə üzvləri təhlükəsizlik kəmərindən istifadə etməyiblər.
Daha sonra Kadırov yazıb ki, Yol Hərəkətinin Təhlükəsizliyinin Dövlət Yoxlamasının İdarə rəisi operativ reaksiya verib. "Protokolu tərtib etdilər, cəriməni yazdılar. Mən bazar ertəsi onu mütləq ödəyəcəyəm".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?