Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyada “Ən-Nüsra” terrorçularını atəş altından çıxarmaq cəhdləri müşahidə olunur. XİN rəhbərinin sözlərinə görə, ABŞ “Ən-Nüsra”ya göz yumur.
Gündəm Xəbər-in əldə etdiyi məlumatda bildirilir ki, bu gün Moskvada Efiopiyanın xarici işlər naziri Vorknex Gabexeyu ilə görüşdən sonra Lavrov deyib: “Suriyada terrorçuluqla mübarizə təcrübəsi əsasında tam təəssürat formalaşır ki, adı nə olur olsun, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri “Cəbhət-ən-Nüsra”ya göz yumurlar. Son günlər sübiutlar meydana gəlib ki, bu terror təşkilatını aviazərbələrin altından çəkib çıxarırlar”.
Lavrov əlavə edib ki, bu “çox təhlükəli oyun”dur və terrorçuluqla mübarizədə güzəşt olmamalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?