GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran mətbuatı ölkəsinin yalanını ortaya çıxardı

İran mətbuatı ölkəsinin yalanını ortaya çıxardı

Tarix: 15-03-2013, 10:51 Bölmə :Dünya Baxış: 914
İran mətbuatı ölkəsinin yalanını ortaya çıxardı

Urmiya gölü ətrafında 100-dən çox kəndin
boşalması gölün qurumasıyla birbaşa bağlıdır


Urmiya gölü ətrafında 100-dən çox kəndin boşalması gölün qurumasıyla birbaşa bağlıdır və İranın Azərbaycandakı səfirliyinin iddia etdiyi kimi, bunun Maku şəhərinə sel gəlməsiylə heç bir əlaqəsi yoxdur. Bu barədə "Oyanews” saytı 12 səhifəlik araşdırma material yayıb. Sayt Urmiya gölünün quruması və kəndlərin də bu səbəbdən boşalmasına dair 8 millət vəkilinin, Urmiya Elm Mərkəzinin "Artemiya” institutunun direktoru Nasir Ağın, Qərbi Azərbaycan vilayətinin Ekologiya İdarəsinin baş direktoru Həsən Abbasnejadın, Şərqi Azərbaycan vilayətinin Kənd Təsərüfatı İdarəsinin sədrinin, İran prezidentinin müavini Məhəmməd Cavad Məhəmmədzadənin müsahibələrini toplayıb.
"Oyanews” xəbər agentliyinin rəhbəri Məcid Xoşətər bildirib ki, sayt öz müxbirlərini boşalmış kəndlərə ezam edərək, yerlərdən reportajlar da hazırlayıb: "İranın Azərbaycadakı səfirliyinin fevralın 23-də Urmiya gölüylə bağlı yaydığı açıqlama həqiqəti əks etdirmir. Biz agentlik olaraq, elə o gündən bu məsələylə bağlı ciddi araşdırma apardıq. İran deputatlarının və vəzifəli məmurların Urmiya gölüylə bağlı açıqlamalarını müxtəlif saytlardan topladıq. Müsahibələr müxtəlif tarixlərdə İranın rəsmi saytlarında və ya dövlət tədbirlərində qeydə alınıb. İran öz deputatlarının və məmurlarının açıqlamalarını da təkzib edəcək? Biz Urmiyadan seçilən deputatlar - Cavad Canahgirzadənin, Abid Fətahinin, Seyid Salman Zakirin, Nasir Qazipurun, Təbrizdən deputatlar- Məsud Pəzəşkianın və Məhəmməd İsmayıl Səidinin, Şəbistardan deputat Əli Əlilunun, Bocnurddan deputat Musa Əlirzanın və məmurların müsahibələrini təkrar yaydıq. Məsələn, Nasir Ağ 2008-ci il mayın 7-də deyib ki, 7 ildən sonra Urmiya gölünün şoranlığa çevrilməsi yüzlərlə kəndin boşaldılmasına səbəb olacaq. N.Qazipur 2012-ci il iyul ayının 10-da verdiyi açıqlamasında bildirib ki, gölün quruması nəticəsində Urmiyada kənd təsərrüfatı məhv olmaqdadır. O 2012-ci ilin aprelin 18-də isə Urmiya gölünün 70 faizinin quruduğunu, bu gedişlə milyonlarla azərbaycanlının kəndlərindən köç edəcəyini deyib. H.Abbasnejad isə müsahibəsində Urmiya gölünün quruması nəticəsində ətrafdakı bir sıra kəndlərində yaşayan əhalinin qonşu şəhərlərə köç etdiyini söyləyib. İran prezidentinin müavini M. C. Məhəmmədzadə də açıqlamasında gölün quruması və yaranmış şoranlıq nəticəsində Qəbri Azərbaycan vilayətinin 40 kəndinin boşaldığını deyib. Bütün bu açıqlamalar və müsahibələr İranın mötəbər media orqanlarında çap edilib və yayılıb. Biz açıqlamamızda hər bir müsahibənin mənbəyi haqqında da məlumat vermişik. İran səfirliyi 100-dən çox kəndin boşalmasını Makuya sel gəlməsiylə izah edir. Biz bu şəhərə də əməkdaşlarımızı göndərdik. Məlum oldu ki, güclü sel Makuya 2 il əvvəl gəlib və hadisə nəticəsində heç kəs kənddən köçüb getməyib. Yəni o qədər ağır tələfata səbəb olmayıb. Belə olan halda Urmiya kəndlərinin boşalmasını sellə bağlamaq çox gülüncdür”.
M.Xoşəxtər əlavə edib ki, gölün quruması bölgədə iqlim şəraitini də dəyişib: "Bizim müxbirlər həmin ərazilərin fotolarını da çəkiblər. Ağaclara qədər duz bağlayıb. İqlim dəyişikliyi əhali arasında psixoloji gərginliyi artırıb. Şindava kəndində son bir ildə 3 nəfər Nasir Kərimi, Əsgər Codət və xanımı depressiyaya düşərək intihar edib”. M.Xoşəxtər qeyd edib ki, Şəbistər şəhərindən Sofiyan tərəfə doğru 30 kilometrlik ərazidə olan bütün badam bağları duzlu küləklərin əsməsi nəticəsində tamam quruyub. Onun sözlərinə görə, bir çox kəndlərdə quyu suları duzla dolub və yararsız hala düşüb: "Su tapmayan, kənd təsərrüfatı və heyvandarlıqla məşğul ola bilməyən əhali məcburən kəndlərini tərk edib. Liman şəhəri olan Şərabxana bir zamanlar bölgənin əsas turizm mərkəzlərindən biri idi. İndi isə duzla dolu şoranlığa çevrilib. Hətta böyük və məşhur Şərabxana oteli də bağlanıb”.
"Oyanews” araşdırmada sayt əməkdaşlarının kənd sakinlərindən aldığı müsahibələrini də yayıb. Şindava kənd sakini Mehdi bildirib ki, camaat arasında əsəb və psixoloji xəstəliklər, dəri qaşınmaları, öskürək artıb: "Küləklə duz tozları ağacların budaqlarına, yarpaqlara qonur. Bu gedişlə yayda bizim kənddə də bağ qalmayacaq. Kəndimizin Miriban, İsgəndər, Zaviyə, Durman, Daf, Qulu kimi 30-a yaxın su quyusu acılaşıb və yararsız hala düşüb”. Dizəc Xəlil kəndinin sakini Aydın isə bildirib ki, 10 nəfər yaxın qohumu depressiya xəstəliyindən müalicə alır: "Kəndimizin İmam Zaman, Xoşbəxt, Kamal bəy, Mərhəməti, Seyid Motori və s. su quruları duzlaşıb, suyundan istifadə etmək olmur. Bu şəraitdə qalıb yaşamaq mümkün deyil. Kəndimizin 70%-i köçüb Tehrana gedib”.
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi fevralın 23-də açıqlama yayaraq, Urmiya gölünün qurumasına dair xəbərlərin doğru olmadığını yazıb: "Urmiya gölü qurumaq təhlükəsiylə qarşı-qarşıya deyil. Əksinə göl mühafizə indeksinə görə əla səviyyədədir. 100 kəndin boşaldılmasının isə Urmiya gölüylə heç bir əlaqəsi yoxdur. Bu Maku şəhərinə selin gəlməsiylə bağlıdır”.

“Xəbər xidməti”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Molla rejiminin Urmiya qələti

    Molla rejiminin Urmiya qələti ...

    25-02-2013, 10:30

  • 
  • 3 milyon insanı köçə məcbur edəcək fəlakət - Urmiya gölündən XÜSUSİ REPORTAJ

    3 milyon insanı köçə məcbur edəcək fəlakət - ...

    6-12-2014, 23:44

  • 
  • Urmiyada azərbaycanlılarla polis arasında toqquşma oldu

    Urmiyada azərbaycanlılarla polis arasında ...

    19-06-2013, 14:44

  • 
  • İran mətbuatı Azərbaycan təcridxanasındakı dəhşətli işgəncədən yazdı

    İran mətbuatı Azərbaycan təcridxanasındakı ...

    18-11-2013, 13:47

  • 
  • İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib

    İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib ...

    13-12-2012, 13:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu