Son sorğular dünyanın ən qüdrətli dövlətinin nüfuzunun olduqca aşağı olduğunu nümayiş etdirib
ABŞ prezidenti Donald Trampın 6 aylıq hakimiyyəti dövründə özü və ölkəsi ilə bağlı hər hansı pozitiv bir prosesin baş verdiyini söyləmək olduqca çətinidir. Bunu keçirilən son sorğular da nümyiş etdirir. Gündəm Xəbər-in əldə etdiyi məlumata görə, ABŞ-ın “Pew Research” araşdırma mərkəzinin keçirdiyi sorğuya əsasən, Donald Trampın prezident kimi fəaliyyət göstərdiyi bir neçə ay ərzində dünya ölkələrinin əksəriyyətinin ABŞ haqqındakı düşüncəsi neqativ yöndə dəyişib. Dünyanın 37 ölkəsinin vəəndaşları arasında keçrilən sorğu onu göstərib ki, Barak Obamanın prezidentliyinin son dövrlərində ABŞ haqqında müsbət düşünənlərin sayı 64% təşkil edimiş. Lakin hazırda bu göstərici 49%-i keçmir. ABŞ prezidentinin özünə olan etimad isə 64%-dən 22%-ə qədər geriləyib. Yalnız Rusiya və İsraildə yeni rəhbərlik haqqında müsbət dönüş müşahidə olunub. Ekspertlər dünya birliyinin ABŞ prezidenti haqqında bu dərəcədə mənfi rəyə yalnız kiçik Corc Buşun dövründə rast gəlindiyinə diqqət çəkirlər. ABŞ prezidentinə etimadın azalması əsasən Qərbi Avropa, Asiya, habelə Kanada və Meksikada müşahidə edilib. Məsələn, Barak Obamanın prezidentliyinin son aylarında İsveç vətəndaşlarının 92%-i, Hollandiya vətəndaşlarını 93%-i, almanların 86%-i, fransızların 84%-, kanadalıların 83%-i, cənubi koreyalıların 88%-i və meksikalıların 49%-i ona böyük hörmət göstərdiyini ifadə edirdilər. Hazırda isə yuxarıda adı çəkilən ölkələrdə olan göstəricilər Ağ Ev üçün vəziyyətin nə dərəcədə acınacaqlı olduğun nümayiş etdirir.(İsveç-10%, Hollandiya-17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?