ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasi alət kimi Avropaya mayeləşdirilmiş qaz çatdırmasından istifadə edir.
Gündəm Xəbər Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Röyters” agentliyi yazıb. Ağ Evdə qeyd edirlər ki, son illərdə Moskva qış aylarında qonşu ölkələrlə qiymət mübahisələri zamanı qazın çatdırılmasını dayandırıb. Trampın energetika ehtiyacına görə “Rusiyanın əsarətində” qalan müttəfiqlərə kömək etmək istədiyi bildirilir. “Amerika maye qazının Avropaya çatdırılması Kremldən asılılığı azaltmalıdır”, - Ağ Evdən qeyd ediblər. ABŞ prezidenti Amerika şirkətləri tərəfindən mayeləşdirilmiş qazın mərkəzi və şərqi Avropaya çatdırması qaydalarının sadələşdirilməsini “Üç dənizin təşəbbüsləri” sammitində elan etməyi planlaşdırır. Sammit iyulun 6-da Varşavada keçiriləcək. “Amerika qazının ixracının artması regionda Rusiyanın təsirini zəiflətməyə kömək edəcək. Rusiya regionda silah və enerjidən əsas kozır kimi istifadə edir”, - Avropada NATO güclərinin keçmiş komandanı Ceyms Cons Trampın təşəbbüsünü şərh edib. Dünən Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Ukraynanın ehtiyatda olan generalı, Silahlı Qüvvələrin Baş Qərargah başçısının müavini İqor Romanenko deyib ki, Qərb iqtisadi məhdudiyyətlərinin köməyi ilə Rusiya iqtisadiyyatını dağıtmağı bacaracaq. O hesab edir ki, ABŞ-dan Avropaya mayeləşdirilmiş qazın idxalı üzrə layihənin reallaşdırılması, həmçinin “Şimal axını-2” və “Türk axını” qaz kəmərlərinin tikintisi üzrə layihələrin icrasının dayandırılması, həmçinin təbii resursların hasilatı üzrə texnologiyaların Rusiyaya verilməməsi Moskvaya sarsıdıcı zərbə vura bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?