Donna Prays adlı gənc qız 2014-cü ildə valideynlərinin analarının eyni olduğunu anlayıb.
Donnanın ana və atasının münasibətləri ögey bacı-qardaş olmalarına baxmayaraq, 10 ildir ki, davam edirmiş. Donna valideynlərinin əslində bacı-qardaş olduğunu öyrənən kimi bunu polisə bildirib və 2 ildir, davam edən araşdırma nəticəsində cütlük günahkar bilinib.
Bundan başqa, Donnanın illərdir ki, atası olaraq bildiyi Robin Price öz bacısı ilə münasibət qurmaqdan peşman olduğunu, amma ona bacısı olduğunu öyrənmədən öncə aşiq olduğunu söyləyib. “The Sun Online”a açıqlama verən Donna isə ata-anasının bacı-qardaş olduqlarını öyrənəndən bəri hələ də özünə gələ bilmədiyini deyib.
Özünü xəyanətə uğramış kimi hiss edən Donna aşağıdakıları deyib: "Uşaqlığım tamamilə yalan imiş. Bu səbəbdən də onlara nifrət edirəm. Ümumiyyətlə, onlara nə qədər nifrət etdiyimi izah edəcək qədər söz ehtiyatım yoxdur”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?