Alxanlıda baş verən son hadisələr göstərdi ki, Dağlıq Qarabağ konflikti yenidən alovlanmağa başlayır.
Bunu “Moskva-Baku” portalına açıqlamasında “Yeni Rusiya” ictimai-siyasi hərəkatının lideri Nikita İsayev söyləyib.
“Dinc sakinlər arasında olan itki bu konfliktin daha təhlükəli mərhələyə keçdiyini göstərir. Biz yaxşı anlayırıq ki, bu, elan edilməmiş müharibədir. Vasitəçi qrupun aktiv fəaliyyəti ilə bu konflikt bitməyəcək. Alxanlı hadisələri konflikt üçün barıt çəlləyi ola bilər. Bunun nəticəsində bölgədəki situasiya yekun şəkildə pozulacaq, aprel hadisələrindən daha ciddi olan müharibə başlayacaq.
Baş verənlərin əsas səbəbi Dağlıq Qarabağ üzrə əsas vasitəçi olan Rusiya və ABŞ-ın bu konfliktin həllinə xüsusi diqqət ayırmamalarıdır. Buna görə də konflikt tərəfləri, özəlliklə də İrəvan millitarist siyasət yeridir. Ermənistanda bu siyasət parlament seçkisinin nəticələri ilə əlaqədardır. Biz hamımız Serj Sərkisyanın seçkiqabağı kampaniya zamanı necə sərt militarist bəyanatlarla çıxış etdiyini xatırlayırıq.
ABŞ və digər dövlətlər Qarabağdakı situasiyaya müdaxilə etməyənə qədər müharibə bitməyəcək. Beynəlxalq ictimaiyyət hazırda qlobal siyasi sistemin qurulması ilə məşğuldur. Qarabağ konflikti nə ABŞ, nə Fransa, nə də Rusiyanın gündəmində ilk yerdə dayanır. Onların hansı bəyanat verməsindən asılı olmayaraq, konfliktin həlli üçün heç bir iş görməyəcəklər. Beynəlxalq ictimaiyyət yalnız bu konfliktin onlar üçün həll edilməsi vacib olan problem kimi görünəcəyi zaman Qarabağ üçün irəliyə addım atılacaq”, – deyə o bildirib./axar.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?