GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ Şərqi Avropaya “Patriot” sistemləri satdı, bəs Türkiyə?

ABŞ Şərqi Avropaya “Patriot” sistemləri satdı, bəs Türkiyə?

Tarix: 13-07-2017, 12:19 Bölmə :Dünya Baxış: 419
ABŞ Şərqi Avropaya “Patriot” sistemləri satdı, bəs Türkiyə?


ABŞ Dövlət Departamenti “Patriot” zenit-raket komplekslərinin Rumıniyaya satışına icazə verib.Bu barədə ABŞ Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq idarəsinin məlumatında bildirilir.

Müqavilənin dəyəri 3,9 mlrd. dollar təşkil edir. Layihənin əsas podratçıları “Raytheon” və “Lockheed Martin” ABŞ şirkətləridir.

Qeyd edək ki, Rumıniya apreldə “Patriot” zenit-raket komplekslərinin tədarükünə dair ABŞ-a müraciət edib. Rumıniya hökuməti həmçinin ABŞ istehsalı olan 6 ədəd “F-16” qırıcı döyüş təyyarələri əldə etmək niyyətindədir.
Oxşar anlaşma Polşa ilə də imzalanıb. Ancaq maraqlıdır ki. NATO üzvü olan Türkiyə uzun illərdir ki, ABŞ-dan “Patriot” kompleksləri almağa çalışsa da, Vaşinqton Ankaraya bu sistemləri satmaqdan imtina edir. Son olaraq Türkiyə hökumətinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ilə bağlı xəbərlər yayılıb.

Vaşinqtonun Türkiyəyə bu sistemləri satmaqdan imtina etməsi, ancaq Şərqi Avropa ölkələrinə “yaşıl işıq” yandırması bir sıra amillərlə izah olunur. Burada Türkiyə ilə münasibətlərdə gizli soyuqluğun olması faktorundan bəhs olunsa da, əsas səbəb kimi Rusiya amili qeyd olunur. Üçnki ABŞ-Rusiya münasibətlərində gərginlik yarandıqdan sonra Vaşinqton Şərqi Avropa ölkələrinə zenit-raket kompleksləri yerləşdirməyə başlayıb.

Siyasi şərhçi Şahin Cəfərli ABŞ-ın Rumıniya və Polşaya “Patriot” sistemləri satmasının əsas səbəbinin Rusiya olduğunu düşünür. Ekspertin fikrincə, Ukrayna hadisələrindən sonra Rusiya istər kollektiv müdafiə təşkilatı olaraq NATO tərəfindən, istərsə də ayrı-ayrılıqda bəzi dövlətlər, xüsusən Şərqi Avropa ölkələri tərəfindən təhdid olaraq qəbul edilməyə başlanıb: “Əgər təhdid varsa, təbii ki, ona qarşı preventiv tədbirlər görmək məcburiyyəti yaranır. Təhdid isə hipotetik yox, realdır. Rusiya özünün qərb sərhədlərində, xüsusən Polşa və Litva ilə həmsərhəd olan Kalininqrad vilayətində yeni diviziyalar və “İsgəndər” raket kompleksləri yerləşdirib. Rusiyanın Suriya əməliyyatları zamanı tətbiq etdiyi “Kalibr” qanadlı raketləri də təhlükə mənbəyidir”.

Ş.Cəfərli deyir ki, indi Polşa ilə Rumıniya bu potensial təhdidlə əlaqədar öz raket hücumundan müdafiə sistemlərini yaradırlar: “Polşa 7,5 milyard dollar dəyərində 8 ədəd “Patriot” batareyası əldə edərək özünün “Wisla” raket hücumundan müdafiə sistemini qurmağa hazırlaşır. Rumıniya isə 3,9 milyard dollar dəyərində 7 “Patriot” qurğusu alacaq. Maraqlıdır ki, hər iki ölkənin ərazisində ABŞ-ın qlobal raket hücumundan müdafiə sisteminin Avropa komponentinin elementləri yerləşir. 2016-cı ilin mayında Rumıniyada ABŞ-ın raket hücumundan müdafiə sisteminin bazası istifadəyə verilib, Polşada isə analoji bazanın tikintisinə start verilib. Bu bazaların İran və Şimali Koreyanın ballistik raketlərini zərərsizləşdirmək üçün nəzərdə tutulduğu bildirilsə də, Rusiya hesab edir ki, həmin sistemlər təkcə müdafiə xarakterli deyil və onlardan hücum məqsədilə də istifadə etmək və düşmənə qanadlı raketlərlə zərbə endirmək mümkündür. Polşa və Rumıniyanın alacağı “Patriot”ların ABŞ sistemləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi güman olunur. Onu da qeyd edək ki, NATO-nun 2016-cı il Varşava samitinin qərarlarına uyğun olaraq Polşa ərazisində NATO hərbi kontingenti, Rumıniyada isə Rusiyanın Qara dənizdə güclənmək cəhdlərinə qarşı mübarizə məqsədilə NATO-nun briqadası yerləşdirilib. Yəni Polşa və Rumıniya bu gün ABŞ-ın və NATO-nun Rusiyaya qarşı “containment” (dayandırma, çəkindirmə) strategiyasında çox önəmli rola malik iki ölkədir. Bu ölkələr eyni zamanda, Baltikyanı respublikalarla birlikdə Avropa Birliyi daxilində ABŞ-a çox yaxın olan “Şərqi Avropa pələngləri”dir. (Əlavə edək ki, hazırda Litvada keçirilən NATO təlimləri ilə əlaqədar ABŞ tərəfindən bu ölkəyə də "Patriot"lar gətirilib.)”

Ş.Cəfərli deyir ki, ABŞ silahlarını yalnız müttəfiq ölkələr satır. Vaşinqtonun müttəfiqlərinin bu sistemlərdən alması mümkündür. O cümlədən Türkiyənin: ““Söhbət “Patriot” kimi önəmli silah sistemlərindən gedirsə, bu məsələdə istər prezident administrasiyası və Dövlət Departamenti, itərsə də Konqres çox həssas davranır. Türkiyə də ABŞ-ın NATO üzrə müttəfiqlərindən biridir və Türkiyə ordusunun silahlanmasında ABŞ mühüm rol oynayır. Konkret “Patriot”a gəldikdə, mənim bildiyimə görə, Türkiyə bu sistemləri satın almaq üçün ABŞ-a müraciət etməyib. 2013-cü ildə Suriyadan qaynaqlanan təhlükələrlə əlaqədar Türkiyənin NATO-ya müraciəti əsasında ABŞ, Almaniya və Hollandiya tərəfindən bu ölkəyə 6 ədəd “Patriot” göndərilmiş və onlar Qaziantep, Adana və Kahramanmaraş vilayətlərində yerləşdirilmişdi. Sonradan Bəşər Əsəd təhlükəsinin arxa plana keçməsi və İŞİD-lə mübarizənin ön plana çıxması nəticəsində bu sistemlər Türkiyədən çıxarıldı. Ən azı, həmin ölkələrin rəsmi izahatı belə idi”.

“Patriot” sistemlərinin Türkiyə kimi ölkələrə satılmamasına gəlincə, Ş.Cəfərli deyir ki, Türkiyə zenit-raket komplekslərini almaqda öz şərtini diktə etdiyi üçün Vaşinqtonla anlaşa bilmir: “Ankaranın indiyədək “Patriot” və ya başqa bu tip sistem satın almamasının əsas səbəbi onun raket hücumundan müdafiə üzrə öz milli sistemini qurmaq siyasətindən, eyni zamanda, bu siyasətdəki qərarsızlıq və ziddiyyətlərdən qaynaqlanır. Burda “milli” sözünü təsadüfi istifadə etmədim, çünki Türkiyə hər hansı sistemi satın almaqla kifayətlənmək istəmir, onun əsas şərtlərindən biri texnologiya transferidir. Yəni, Türkiyə bu sistemləri aldıqdan sonra tamamilə milliləşdirmək, onun milli kompüter proqramları ilə idarə olunmasını təmin etmək, bu sistemin istehsalçı firma-ölkə ilə əlaqəsini aradan qaldırmaqda israr edir. Bu şərt beynəlxalq şirkətlər və dövlətlərlə danışıqları çətinləşdirən əsas amillərdən biridir. Digər amil isə Türkiyənin xarici siyasətində tez-tez ziqzaqların baş verməsi, gah Qərblə, gah Rusiya ilə problemlərin yaranmasıdır. Məsələn, Türkiyə bir neçə il əvvəl Çinin “HQ-9” sistemini əldə etməyə qərar vermişdi, lakin ABŞ və NATO-nun etirazlarından sonra bu anlaşmadan imtina etdi. İndi isə Türkiyə Rusiyadan “C-400” zenit-raket kompleksi almaq üçün danışıqlar aparır, lakin bu sövdələşmənin baş tutub-tutmayacağı da mübahisəlidir. Çünki əvvəla, ABŞ və NATO bundan məmnun deyil. İkincisi, Türkiyə Rusiya silahını əldə edəcəyi təqdirdə, həmin sistemin NATO sistemləri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməsi mümkün olmayacaq. Üçüncüsü, Rusiyanın Türkiyəyə texnologiya transferinə razılaşacağı da inandırıcı görünmür”./APA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO: “Patriot” raketləri hazır vəziyyətə gətirilib

    NATO: “Patriot” raketləri hazır vəziyyətə ...

    28-08-2013, 10:42

  • 
  • Belarus Rusiyadan "İsgəndər" raket-zenit kompleksləri ala bilər

    Belarus Rusiyadan "İsgəndər" ...

    26-06-2017, 14:03

  • 
  • Tramp Putinlə görüş ərəfəsi Rusiyaya qarşı sərt danışdı

    Tramp Putinlə görüş ərəfəsi Rusiyaya qarşı sərt ...

    6-07-2017, 14:35

  • 
  • İsraillə Rusiya arasında Azərbaycana qarşı sövdələşmə?

    İsraillə Rusiya arasında Azərbaycana qarşı ...

    11-11-2013, 10:29

  • 
  • ABŞ Dövlət Departamenti hərbi təyinatlı məhsulların Rusiyaya satışına qadağa qoyub

    ABŞ Dövlət Departamenti hərbi təyinatlı ...

    28-03-2014, 10:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu